Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə55/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   51   52   53   54   55   56   57   58   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
59 
li şərait yaradır. Bu onu göstərir ki, radioaktiv şüalanmanın müəyyən 
dozası nəinki orqanizm uçün zərərli deyil, hətta zəruridir. 
Qidalanmanın bir hissəsini onlar şüalanma enerjisi hesabına alır. 
Doğrudan da, bütün canlılar radioaktiv şüalanma fonunda əmələ gəlir
böyüyür və tələf olurlar, həmin fona onlar çoxdan uyğunlaşmışdır. 
Şagirdlər bildiklərinə əsasən bir sıra təbiət hadisələrinin gedişi 
haqqında irəlicədən müəyyan fikir söyləyə bilirsə, bu çox 
fərəhləndirici haldır. Bu cür mühakimələr aparmaq üçün onları 
hazırlamaq lazımdır. Məsələn, təbii yanacaqlardan istifadə olunması 
tempi getdikcə artır. Bununla paralel olaraq atmosferdəki karbon 
qazının miqdarı da sürətlə artır. Hesablamalara görə bu qazın 1875-ci 
ildən 1975-ci ilə qədər, yəni 100 il ərzində artması nə qədər 
olmuşdursa, 1975-ci ildən başlayaraq cəmi 25 il ərzində də təxminən o 
qədər olacaqdır. Bu isə istilik şitilliklərində olduğu kimi, temperaturun 
artması ilə nəticələnir. Alimlərin fikrincə temperaturun orta illik 
qiyməti 1-2°S artsa, bu, Yer kürəsində ciddi dəyişiklilərə səbəb olar. 
Arktika və Antarktkdanın buzları, uca dağların başını bürüyən qarlar, 
yüksək dağ dərələrindəki buzlar əriyər, dünya okeanının səviyyəsi 60-
80 m qalxar, 18-25% yaşayış yerləri su altında qalardı. Qar və buzun 
əriməsi Yer kürəsinin işıqqaytarma qəbiliyyətini azaldardı. Başqa 
sözlə, Günəşdən gələn işıq enerjisinin Yer tərəfindən udulan hissəsi 
artardı. Bu da öz növbəsində Yerin temperaturunun bir az da 
artmasına səbəb olardı. Bu ağıla batandırmı? 
Əslində təbiətdə baş verən proseslər bizim təsvir etdiyimizdən 
xeyli mürəkkəbdir. Təbiətdə bizim yuxarıda təsvir etdiyimizin əks 
istiqamətində də fəaliyyət göstərən proseslər baş verir. 
Statistikaya görə iri sənaye mərkəzləri olan şəhərlərdə dumanlı və 
yağışlı günlərin sayı sürətlə artır. Toz, kül, tüstü, his və digər xırda 
zərrəciklər sanaye tullantıları kimi atmosferə daxil olur. Onlar 
atosferdəki su buxarının kondensasiyası mərkəzlərinə çevrilir. 
Əmələ gələn dumanlıqlar Günəşi yerdən gizlənir. Günəş 
şüaları, Yerə çatmadıqda Yer soyuyur. Yer 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin