__________________Milli Kitabxana__________________ 62
VIII sinfin biologiya kursunun ən vacib bəhslərindən biri də sinir
sistemidir. Bu bəhsin öyrədilməsində fiziki mühakimə daha güclü
olmalıdır. Elektrik cərəyanı ürək əzələləri və sinir sistemindən
keçdikdə ölüm labüd olur. Ona görə də bu cərəyanın zərərli
təsirlərindən qorunmaq üçün vaxtında müdafiə tədbirləri görmək
lazımdır.
Fizika ilə biologiya arasındakı əlaqənin inkişaf etdirilməsi
şagirdlərdə materialist dünyagörüşünün formalaşması üçün yeni
imkanlar yaradır. Onlar fizika qanunlarının təkcə texnikada, kənd
təsərrüfatında deyil, həm də canlı təbiətdə tətbiq olunduğu ilə tanış
olurlar. Eyni zamanda şagirdlər bitki və heyvan orqanizmlərinin həyat
və fəaliyyətilə tanış olarkən fiziki qanunlardan və analogiyalardan
istifadə edirlər.
Bizi əhatə edən mühitin maddiliyi, onun dəyişmə və inkişafı
materiyanın əsas xassələri, dialektikanın qanunları fizika və biologiya
fənlərinin bütün məzmununda özünü göstərir. Bunlar arasındakı
əlaqənin dərinləşdirilməsi və inkişaf etdirilməsi səbəb-nəticə
baxımından daha əlverişli olur. Çünki planetimizin bütün canlıları
yarandıqları gündən müxtəlif fiziki təsirlərin, məsələn, radioaktiv
şüalanmanın, cazibə sahəsinin, temperaturun, səs və müxtəlif tezlikli
elektromaqnit dalğalarının, elektrik vƏ maqnit sahələrinin təsirinə
məruz qalır. Bu fiziki təsirlərdən birinin kəskin dəyişməsi dərhal öz
əksini canlı orqanizmlərdə baş verən bioloji proseslərin gedişində
tapır. Şagirdlər, canlı və cansız təbiətin bir sıra qanunlarının statistik
xarakter daşıdığıkı hadisələrin öyrnilməsi prosesində dərk edirlər.
Qazın təzyiqi, Broun hərəkəti, daxili enerjinin mexaniki və başqa
enerji növlərinə çevrilməsi kimi hadisələrin izahı statistik xarakter
daşıyır və hər iki elm sahəsinə aiddir. Bu statistik qanunauyğunluqlar,
hər biri təklikdə təsadüfi xarakter daşıyan bircinsli hadisələr
çoxluğunu təmsil edir. Statistik qanunlar da obyektivdir və hadisələr
arasındakı mövcud əlaqəni təmsil edir. Lakin bu qanunlar ancaq
sonsuz sayda bircinsli hadisələrin eyni zamanda baş verdiyi halda
mövcud olur və onların ümumi təzahüri ayrı-ayrı hallardan asılı deyil.