Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə59/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   55   56   57   58   59   60   61   62   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
63 
Akademik N.P.Dubinin göstərir ki, fizika, kimya, biologiya və 
riyaziyyat müəllimləri öz işlərində möhkəm əlaqə yaratmalıdır. 
Müasir elmin nailiyyətlərilə şagirdləri tanış etmək üçün onlar birgə 
işləməlidirlər. Əgər bu əlaqə fizika ilə biologiya arasında həyata 
keçirilməlidirsə, onda fizika vƏ biologiya müəllimlərinin özlərinin 
aydın təsdəvürü olmalıdır. Hansı istiqamətdə bu əlaqənin inkişaf 
etdirilməsinin mümkün olduğunu və bu məqsədlə hansı metodlardan 
istifadə etmək lazım gəldiyini müəyyən etməlidirlər. 
Seçilmiş metodlar bioloji və fiziki hadisələrin qarşılıqlı əlaqəsini, 
bir-birinə təsirini açmalı, fizika qanunlarınıp canlı və cansız təbiət 
üçün ümumi olduğunu göstərməlidir. Bu iki fənnin bir-birini
çihazlar, tədqiqat metodları və ideyalarla neçə zənginləşdirdiyini 
şagirdlər konkret misallar və faktlar əsasında yaxşı dərk etməlidirlər. 
Fizika dərslərində biologiya ilə əlaqənin həyata keçirilməsi bir sıra 
anlayışların, məsələn, «hərəkət», «enerjn», «maddə», «qüvvə» və s. 
formalaşmasında daha böyük əhəmiyyət kəsb edir. Həmin 
anlayışlardan bütün təbiət elmlərində geniş istifadə olunur. Buna 
baxmayaraq, müxtəlif tədris fənlərinin həmin anlayışlardan istifadə 
etmək rolu eyni deyil. Əsas istiqamətləndirici formalaşma fizika 
dərslərində aparılır. Lakin biologiya və ya kimyadan götürülmüş 
materialdan istifa də etdikdə anlayışın canlı təbiət hadisələrini
öyrənməkdə rolu məlum olur, onun haqqında şagirddə yaradılmış 
təsəvvür daha da genişlənir, inkişaf edir və konkretləşir. Təəssüf ki
bəzən fənlərarası əlaqənin yaranmasına proqramlardakı uyğunsuzluq 
maneçilik törədir. Məsələn, botanikanı öyrənərkən fiziki biliklərə 
ehtiyac olur. Ümumi biologiya kursu ilə fizika arasında da kifayət 
qədər əlverişli uyğunlaşma yoxdur. Məsələn, fizikaya aid biliklərin 
istifadə olunmasına ehtiyacı olan «fotosintez» mövzusunun 
öyrədilməsi «işığın təbiəti» mövzusundan xeyli qabağa düşür. Belə 
hallar biologiya müəlliminin vəziyyətini çətinləşdirir. O, fiziki 
biliklərin köməyilə formalaşmağa ehtiyacı olan bir sıra bioloji
anlayışların şagirdlərə verilməsində çətinlik çəkir. 
Fizika müəlliminin vəziyyəti isə bu barədə çox yax- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin