Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə61/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   57   58   59   60   61   62   63   64   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
65 
lıq qüvvəsinin təsiri altında hərəkətə gəlmişdir. 
Buzun torpağa təsir qüvvəsi o qədər böyük olmuşdur ki, o bəzi 
yerlərdə xüsusilə, yumşaq və qumsal torpaqlar da girinti-çıxıntılar da 
əmələ gətirmişdir. Bu buzlaqların hərəkət sürəti kiçik, kütləsi kifayət 
qədər böyük olduğundan, kinetik enerjiləri də çox olmuşdur. 
Buzlaqların bir qisminin əriməsinə sürtünmə nəticəsində ayrılan istilik 
də kömək etmişdir. Əmələ gələn su axdığı yerlərdən özü ilə birlikdə 
torpağı və qumu da yuyub aparmışdır. Bu isə relyefin dəyişməsinə 
səbəb olmuşdur. Hal-hazırda axan sular relyefik inkişafına böyük təsir 
göstərir. 
Küləyin dağ süxurlarına necə təsir etdiyini fiziki biliklərə əsasən 
belə izah etmək olar: bütün başqa cisimlər kimi, dağ süxurları da 
temperaturun təsirilə öz həcmlərini dəyişir. Bu süxurların 
istilikkeçirməsi çox az olduğundan, üst qatlar çox qızdığı halda alt 
qatlar o qədər də qızmır. Nəticədə üstqatların genişlənməsi alt qatlara 
nisbətən xeyli çox olur. Bundan başqa, dağ süxurları müxtəlif növ
maddələrdən ibarət olduğundan onların həcmi genişlənmə əmsalıda 
müxtəlif olur. Torpağın gecələr soyuması və gündüzlər qızması 
prosesi onun müxtəlif qatlarında bir-birindən fərqli dəyişikliklər 
yaratmasına və bunların da nəticəsində torpaqda çatlar yaranmasına 
səbəbolur. Bu hadisəyə ayrı-ayrı hissəciklər arasındagı ilişmə 
qüvvəsinin müxtəlifliyi də kömək edir. Çatlar yaranan yerlərə su 
dolduqda torpağın dağılması daha da sürətlənir. Gecələr torpağın üst 
qatının tez soyumasına küləyin təsirilə buxarlanma sürətinin artması 
da şərait yaradır. Süxurların qızma prosesinə onların nəmlik 
dərəcəsinin təsiri çox olur. Quru süxurlar tez qızır. Nisbətən nəm 
süxurlar isə aldıqları istiliyin bir hissəsini buxarlanmaya sərf etdikləri 
üçün quru süxurlara nisbətən az qızır. Suyun xüsusi istilik tutumu çox 
böyük olduğundan quru süxurların soyuması prosesi nəm süxurlara
nisbətən daha sürətli olur. Bütün bu xarici təsirlər fiziki amil kimi 
relyefin dəyişmasində müəyyən rol oynayır. Lakin relyefin 
dəyişməsinə yerin öz daxili qüvvələri də böyük təsir göstərir. Əsrlərlə 
Yerin titrəməsi, Yer tərpənmələri, qaz püskürmələri, vulkanlar və s. də 
relyefi dəyişdirir. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin