__________________Milli Kitabxana__________________
73
rənmək, bundan müxtəlif elmi-texniki problemlərin həllində istifadə
etməkdir.
Canlı orqanizmlərdə
səmti bilmək, lokasiya, ümumi idarəolunma
sistemləri, hərəkət etmək üsulları, canlı «mühərriklərin» energetik
məsələləri, təkamül prosesində əldə edilmiş etibarlılıq, həssaslıq,
zəriflik, iqtisadi cəhətdən çox əlverişli olmaq və s. kimi faktlar fizika
ilə biologiya arasındakı əlaqəni inkişaf etdirmək
üçün böyük imkanlar
yaradır.
Orta məktəb kursunda fizika proqramının əksəriyyət mövzuları
biologiya ilə əlaqəni göstərmək üçün istifadə oluna bilər. Lakin
müəllim necə gəldi yox, bu əlaqənii konkret formalarını
səciyyələndirən misallar seçməklə şagirdlərin diqqətini buna cəlb
etməlidir. Ona görə də fizika ilə biologiyanın əlaqəsini möhkəmlədən,
fənlərarası assosiasiya yaratmağa xidmət
göstərən çoxlu didaktik
material toplamalıdır.
Hər şeydən əvvəl, müəllim çalışmalıdır ki, fənlararası əlaqəyə həsr
edilmiş material proqram çərçivəsindən kənara çıxmasın. Əks halda
fizikanın bir sıra vacib məsələləri, müasir texnikanın əsasını təşkil
edən
mövzular kölgədə qalar, məsələ həllinə vaxt qalmaz, şagirdlar
canlı aləmə daha çox meyl gösqərərək fizika fənni qarşısında duran
əsas məqsəddən uzaqlaşarlar, həddindən artıq yüklənərlər və s.
Fizika kursuna daxil edilən biofiziki
material Nər şeydan əvvəl,
ümumtəhsil məsələlərinə xidmət etməli və tərbiyəvi məqsəd
güdməlidir. Biofiziki materialın məzmunu ən əsas bioloji proseslərin
fiziki təbitinə aid olmalıdır. Nümunə üçün götürülmüş hadisə və
faktların izahı hazırda fizika və biologiya kurslarında etiraf edilmiş
ümumi nəzəriyyə və qanunlara uyğun gəlməlidir.
Faktlar və istifadə
edilən terminlər həm fiziki, həm də bioloji cəhətdən doğru olmalıdır.
Burada əsas məqsəd bütün şagirdləri biofizik və ya bionik etmək
deyil, bu elmlərə olan marağı artırmaq, bioloji tədqiqatlarda fizikanın
metodlarının böyük rol oynadığına onları inandırmaq, fiziki və texniki
amillərin canlı
təbiətə təsirini açmaq, canlı obyektlərin və
ümumiyyətlə bütün canlı təbiətin insanlar tərəfindən qorunmasının
bizim özümüz və gələcək nəsillər üçün nə qədər vacib olduğunu
göstərmək, bu ruhda onları tərbiyə etməkdir.