__________________Milli Kitabxana__________________ 69
qismini həmin duman səpələyir və bu hesaba da temperatur azalır.
Bu cür izahatlar fiziki biliklər hesabına coğrafi biliklərin
dərinləşməsinə və möhkəmlənməsinə kömək edir.
Şagirdlərin fizikadan bildikləri istilik miqdarı, istilik tutumu və s.
anlayışlardan istifadə edərək coğrafiyada nəzərdən keçirilən bəzi
məsələlərin izahında «az» və ya «çox» sözləri işlətmək əvəzinə
müəyyən ölçüsü olan konkret ədəd göstərmək olar. Məsələn,
hesablamalar göstərir ki, coğrafi enlik 1 dəyşidikdə ildə hər kvadrat
metr səthə orta hesabla düşən Günəş enerjisi 1.25.105 kc artır və ya
azalır.
Quruda və dəniz səthində eyni coğrafi enlikdəki hava kütlələri
nəinki və nəmliyinə görə, həm də temperaturlarına görə fərqlənir.
Bunun səbəbi də fizikanın köməyilə izah olunur. Torpağın xüsusi
istilik tutumu suyun xüsusi istilik tutumuna nisbətən təxminən
üç dəfə azdır. Torpağın istilikkeçirməsi isə suya nisbətən çoxdur.
Həmin səbəbə görə torpaq tez qızır və tez də soyuyur. Ona yaxın
olan hava kütləsi də tez qızır və tez soyuyur. Dəniz-və- okean suları
olduqca keç qızır və quruya nisbətən çox gec də soyuyur.
Dənizhavasının temperatur dəyişməsi də buna uyğunlaşır. Bununla
əlaqədar olaraq mülayim dəniz havasının temperaturu, mülayim qitə
havasının temperaturundan qışda xeyli yüksək, yayda isa aşağı olur.
Ona görədə hər bir qurşağın hava kütləsi iki qrupa balünür qitə və
dəniz hava kütlələrinə. Beləliklə, şagirdlər hava kütləsinin xassələrinin
təkcə verilmiş yerin coğrafi enliyindən və bu yerin formasından yox,
həm də hava kütləsinə yaxın yerdəki mühitin xüsusi istilik
tutumundan və istilikkeçirməsindən asılı olduğunu yaxşı dərk edirlər.
Coğrafiyada tez-tez münbit torpaqdan söhbət gedir, lakin bu
anlayış altında konkret nə nəzərdə tutulduğu kölgədə qalır. Şagirdlər
bilmir ki, belə torpağın tərkibində mineral və üzvi maddələr, bol su və
hava olur. Belə torpağın sıxlığı az və kapillyarlığı çox olduğundan
atmosferdəki rütubəti özünə yaxşı çəkir və uzun müddət özündə
saxlaya bilir, bolə torpağa hava asanlıqla nüfuz edə bilir. Torpağın
münbitliyini fiziki anlayışlarla əlaqələndirməklə biz onları əlavə tədris
materialı ilə yükləmirik, əksinə fənlərarası əlaqəni burada həyata
keçirməklə şagirdlərin coğrafi və fiziki biliklərinin sintezini yaradırıq,
bu iki tədris fənni arasındakı psixoloji səddi tədricən dağıdır,