__________________Milli Kitabxana__________________ 70
şagirdlərdə təbiət hadisələrinə vahid bir mövqedən yanaşmaq hissi
güclənir.
Yağışqabağı bəzi həşəratyeyən quşlar alçaqdan uçur. Bu faktı
təxminən belə asaslandırmaq olar: nəm havada bəzi həşəratların
qanadlarında mövcud olan kapillyarlar rütubəti özünə çəkir və onların
xususi, həm də ümumi çəkisi artır. Ona görə də alçaqdan uçur.
Bununla əlaqədar olaraq həmin həşəratlarla qidalanan quşlar da aşağı
enməyə məcbur olur. Təbiət hadisələrinin bu cür səbəb-nəticə
baxımından öyrənilməsp tədris prosesində inteqrasiyanın inkişaf
etdirilməsi üçün də əlverişli şərait yaradır.
Dərketmə prosesinin təbiətilə əlaqədar olaraq məktəb kursunun
fənlər üzrə tədrisi inteqrasiya ilə yanaşı aparıldıqda fənlərin bir-
birindən təcrid edilməsi təhlükəsi aradan qalxır, şagirdlər öyrəndikləri
hadisələr haqqında tam təsəvvür alırlar.
Fənlərarası əlaqəni təkcə dərsdə yox, sinifdənkənar və
məktəbdənkənar məşğələlərdə də həyata keçirmək olar. Ekskursiya
və çöl praktikasında, dərnək məşğələlərində, müxtəlif fənn
müəllimlərinin birgə keçirdiyi tədbirlər zamanı da müvəfiq məsələlər
ətrafında maraqlı söhbətlər təşkil etmək olar. Fizikanın bir çox
anlayışları, məsələn, cazibə qüvvəsi, təzyiq, sürtünmə, kinetik
enerji, ətalət, sıxlıq, birləşmiş qablar qanunu, Arximed qanunu, istilik
tutumu, istilikkeçirmə, istidən genişlənmə, buxarlanma, kondensasiya,
konveksiya, ərimə, bərkimə, kapillyarlıq, radioaktivlik və sair coğrafi
hadisələri izah etmək üçün vacib məsələlərdir.
Elmə çoxdan məlumdur ki, dəniz və okean sularının səth qatı
oksigenlə daha çox zəngin olur. Bunun əsas səbəbi periodik olaraq
əsən küləklərin təsirilə suy və havanın bir-birinə qarışmasıdır.
Bəs Barents dənizinin dərin sularında oksigenin bol olmasına
səbəb nədir? Nə üçün burada balıq başqa yerlərdəkindən daha çox
olur? Fiziki biliklərdən istifadə etməklə bu suallara düzgün cavab
tapmaq olar.