Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə63/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   59   60   61   62   63   64   65   66   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
67 
dən fərqli olur. Bu səbəbə görə quruda və su üzərindəki hava 
kütləsinin temperaturları kəskin fərqlənir. Nəticədə güclü hava 
axınları əmələ gəlir. Hava kütləsinin hərəkət istiqamətinə cazibə, 
göriolis, ətalət, sürtünmə qüvvələri və s. də təsir göstərir. Məsələn, 
şimal yarımkürəsindəki küləklər koriolis qüvvəsinin təsirilə sağa 
doğru meyl edir. 
Coğrafiya dərslərində şagirdlər müxtəlif çaylarda və ya eyni bir 
çayın müxtəlif yerlərində suyun axma sürətinin müxtəlif olduğunu 
öyrənirlər, ancaq bəzən nə uçün su axır, nə üçün sürət dəyişir kimi 
məsələlər onlara aydın olmur. Fizikanın cazibə qüvvəsi, təzyiq, 
surtünmə, ensrji, enerjinin saxlanması qanunu və s. anlayışlarının 
köməyilə həmin sualları aydınlaşdırmaq olar. 
Suyun kristallaşma prosesi və donma istiliyi haqqında mukəmməl 
məlumat olduqda nə üçün lal axar suyun tez donduğunu, iti axan 
suların isə donmadığını və ya çox gec donduğunu izah etmək olar. 
Buxarlanma və kondensasiya anlayışlarından istifadə edərək 
bitkilər aləminin planetimizdəki su rejimində oynadığı rolu 
aydınlaşdırmaq, su ehtiyatını artırmaqda meşələrin fəaliyyətini fiziki 
mühakimələrlə təsvir etmək olar. 
Bitkiləri qida maddələri, su və hava ilə təmin etməkdə torpaq 
böyük rol oynayır. Bu nöqteyi-nəzərdən torpağın ən mühüm fiziki 
xassələrini, onda baş verən dəyişmələri, onun kimyəvi tərkibini 
bilmək həmin torpaqda hansı bitki növlərinin yetişdirilməsinin 
mümkün olduğunu müəyyən etmək üçün çox vacibdir, çünki, Günəş 
şüaları ilə torpağa gəlib çatan istilik miqdarı və bununla bilavasitə 
əlaqədar olan nəmlik dərəcəsi, yuxarıda qeyd etdiyimiz xassələrlə 
birlikdə torpağın növünü müəyyən edir, ona uyğunlaşan bitkilər və 
heyvanlar aləmi yaranır. 
Iş prinsipi fiziki hadisələrə əsaslanan bir sıra cihazlar, məsələn: 
termoqraf, baroqraf, kompas və s. coğrafiya dərslərikdə geniş istifadə 
olunur. Meteoroloji və hidroloji müşahidələr apardıqda bu cihazlar 
böyük kömək göstərir. Coğrafiya dərslərində öyrədilən bir sıra təbiət 
hadisələri ancaq fiziki biliklərdən istifadə edilməklə aydınlaşdırıla 
bilir. Çox vaxt şagirdlər coğrafiya dərslərində aldıqları 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin