Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə62/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   58   59   60   61   62   63   64   65   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
66 
Maddənin aqreqat halının temperatur və təzyiqdən asılı olmasına 
əsaslanaraq vulkanların əmələ gəlmə səbəbləri izah edilə bilər. 
Təbii radioaktivlik haqqındakı biliklər Yerin mütləq yaşını təyin 
etməyə imkan verir. 
Yer qabığında səs dalğalarının yayılma sürətinin sıxlıqdan asılı 
olmasına aid biliklər isə Yerin geofiziki xassələrinin öyrənməyə 
imkan verir. 
Maqnit anomaliyaları, rəqqasın rəqs sürətinin həmin yerdəki Yer 
maddəsinin sıxlığından asılı olması kimi fiziki məsələlərin təcrübi 
yolla həllinin faydalı qazıntılar axtarmaq işini nə qədər 
yüngülləşdirdiyini şagirdlər coğrafiya dərslərində əlavə bir material 
kimi öyrənsələr, nəinki dərs çox maraqlı olar, yaxşı mənimsənilər, 
həm də təbiət elmlərinin vəhdəti haqqında onlarda olan təsəvvür bir az 
da inkişaf edər. 
İqlimi öyrəndikdə, təsvir edilən coğrafi faktlar fiziki anlayışların 
köməyilə izah oluna bilər. Şagirdlər bilirlər ki, Günəş şüalarının Yer 
səthinə düşmə bucağı böyüdükcə torpaqda udulan işIq enerjisi də 
artır. MəsələN, orta hesabla hər kvadrat santimetr səthə bir ildə 
düşən Günəş enerjisi Moskvada 376 % Daşkənddə 568 c-, Bakıda 450 
-dur. Beləliklə, həmin rəqəmlər əsasında şagirdlər iqlimin coğrafi 
enlikdən asılı olmasını konkret ədədlərlə ifadə etməyi öyrənirlər. Bu 
qayda ilə enerjinin saxlanması qanunu əsasında Yerin aldığı və 
buxarlanma ilə itirdiyi istilik miqdarı və ümumiyyətlə istilik balansı 
haqqında söhbət aparmaq və şagirdlərin nəzərini belə bir məsələyə 
cəlb etmək olar: Tundrada və Orta Asiyada illik yağmur təxminən 
eyni olub, qiymətcə 300 mm-ə yaxındır. Buna baxmayaraq Tundrada 
rütubət normadan çox, Orta Asiyada isə az olur. Bunun əsas səbəbi 
həmin yerlərdə suyun buxarlanma şəraitinin müxtəlif olmasıdır. 
Buxarlanmanın müxtəlifliyini yaradan isə bu yerlərin müxtəlif coğrafi 
ekliklərdə olması ilə əlaqədardır. 
Siklon və antisiklonların əmələ gəlməsi də fiziki mühakimələrlə 
izah oluna bilər. Torpaq və suyun istilikkeçirməsi müxtəlif 
olduğundan qitə və okean üzərindəki havanın temperatur dəyişmələri 
bir-birin- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin