__________________Milli Kitabxana__________________ 64
şıdır. Çünki fizika ilə əlaqəni göstərmək üçün lazım olan mövzular
artıq biologiyada öyrədilmişdir, şagirdlər fizikadan istifadə oluna
biləcək bioloji mövzular haqqında müəyyən bilik, bacarıq və
vərdişlərə malikdirlər. Bu imkan yeni əldə edilən bilikləri şagirdlərin
biologiyadan bildiklərilə əlaqələndirmək üçün geniş şərait yaradır.
Beləliklə, hər iki elm sahasinə aid biliklər qarşılıqlı zənginləşir, yeni
rəng və keyfiyyət alır.
Biologiya ilə fizikanın əlaqəsi yuxarı siniflərdə (8—10) daha
böyük əhəmiyyət kəsb edir. Çünki həmin siniflərdə fizikaya verilən
saatların miqdarı biologiyaya nisbətən 2,5 dəfə çoxdur. Təbiidir ki,
belə şəraitdə biologiya müəlliminin öz dərslərində fiziki materialdan
istifadə etmək imkanı xeyli azdır və buna görə də həmin iki fənn
arasındakı əlaqənin inkişaf etdirilməsində əsas məsuliyyət fizika
müəlliminin öhdəsinə düşür.
Şagirdlərin coğrafiyaya dair aldıqları biliklərin möhkəm və dərin
olması üçün fizikadan aldıqları biliklərə istinad etmələri vacibdir.
Torpağın fiziki xassələrinin onun məhsuldarlığına təsiri, təxminən
eyni miqdarda yağmur düşən yerlərdən nə üçün birində rütubətin çox
olmasının, o birində isə çatmamasının fiziki mahiyyəti izah
edilməlidir.
Axar suların, küləyin və s. əmələ gəlmə səbəbləri təkcə coğrafi
mövqedən yox, cazibə qüvvəsi, təzyiq, sürtünmə, kinetik enerji, sıxlıq
və digər fiziki anlayışların köməyilə izah edildikdə və bu anlayışlar
əsasında küləyin, çayların, iqlimin relyefə təsiri aydınlaşdırıldıqda
şagirdlər öyrəndikləri mövzu haqqında daha tam məlumat alır və onu
yaxşı mənimsəyirlər. Bunu konkret bir misal üzərində göstərək.
Qədim buzlaqların relyefə necə təsir etdiyini fiziki anlayışlara istinad
edərək təxminən necə izah etmək mümkün olduğunu göstərək.
Uzun müddət davam edən soyuq və nəm iqlim şəraitində buzun
miqdarı getdikcə artmış və onun qalınlığı minlərlə metrə çatmışdır.
Buz dağlarının özünün ağırlıq qüvvəsinin təsiri altında onun ətəkləri
əzilmiş və təzyiq yüksək olduğu üçün 0° Sdən xeyli aşağı
temperaturlarda da buz əriməyə başlamışdır. Bütün buz kütləsi əmələ
gələn meyl istiqamətində öz ağır-