Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə57/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   53   54   55   56   57   58   59   60   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
61 
dir. Bədən tərbiyəsi və idmanin ürək-damar sisteminə təsirindən 
danışılır, lakin bunların fiziki mahiyyəti o qədər də dərindən nəzərdən 
keçirilmir. Bu mövzuları öyrənərkən şagirdlər artıq fizikadan 
mexaniki iş, güc, onların hesablanması yolları ilə tanış olduqlarından, 
ürək və sümük əzələlərinin gücünü müqayisə edərək müəyyən 
nəticələr çıxarmaq maraqlı olar. Bunu sadə şəkildə göstərək. Tutaq ki
ürəyin orta hesabla çəkisi 2,5 n, qanın dəqiqəlik həcmi 5 l, adamın 
boyu isə 1,75 m-dir. Bir tam dövr ərzində qan ikiqat yol getdiyini 
nəzərə alsaq, mexaniki iş düsturundan istifadə edərək ürək əzələlərinin 
gördüyü işi hesablaya, bilərik. Buradan bir qram ürək əzələsinə düşən 
sutkalıq orta gücü də hesablamaq olar. Yuxarıda verdiyimiz 
kəmiyyətlərə əsasən ürək əzələlərinin bir qramına düşən orta sutkalıq 
orta güc 11,3 mvt/q alınır. Həmin gücü sümük əzələləri üçün də 
hesablamaq olar. Tutaq ki, insanın bir sutka ərzində gördüyü işi saatda 
bir kilometr yol getmək kimi qiymətləndirmək mümkündür. Onda 
onun bir sutkada getdiyi yol 24 km olar, Adamın orta çəkisini 700 n 
qəbul etsək, görülən iş ülün 16 800 km alarıq. Əzələlərin kütləsi 
təxminən insanın ümumi kütləsinin 40%-ni təşkil etdiyindən, orta 
gücün qiyməti 7 mv/q olar. Beləliklə,ürək əzələlərinin orta xüsusi 
gücünün sümük əzələlərinə nisbətən 1,5 dəfə çox olduğu nəticəsinə 
gəlirik. Ürək əzələsi üçün apardığımız hesablamanın adamın sakit 
vəziyyətinə aid olduğunu xatırlasaq, insan fiziki fəaliyyətdə ikən bu 
fərqin daha da artacağını təsəvvür etmək çətin deyil. Alınan ədədlərin 
müqayisəsi bir sıra maraqlı və əhəmiyyətli nəticələr çıxarmağa imkan 
verir. Gücü nisbətən zəif olan bir sistem, özündən küclü sistemi idarə 
edə bilərmi? Sümük əzələlərinin xüsusi gücünü artırmaq üçün insan 
idman və bədən tərbiyəsi ilə mütəşəkkil məşğul olmalıdır. Insan 
nəqliyyatdan, liftdən, eskalatordan və s. istifadə etməklə, 
avtomatlaşmış və mexanikləşmiş əməyə keçməklə, uzun müddət 
televiziya verilişlərinə qulaq asmaqla sümük əzələlərinin məşqini 
azaldır, az fəaliyyətli həyat tərzinə alışır və belə şəraitə uyğunlaşır. 
Bu, sağlamlıq üçün çox qorxuludur. Belə şəxs qəflətən fiziki bir işi 
görmək məcburiyyəti qarşısında qalarsa, onun orqanizmində 
dönməyən proseslər baş verə bilər. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin