__________________Milli Kitabxana__________________ 58
mək, nəzəri bilikləri həyatda daha yaxşı tətbiq etmək kimi keyfiyyətlər
yaradır.
VI sinifdə mikrobiologiyanın öyrədilməsinə cəmisi bir neçə saat
vaxt verilir. Biologiya proqramında verilən məsələləri müəllimlər
şagrdlərə çox çətinliklə çatdırır. Çünki vaxt az, material isə
çoxdur. Ona görə də mikrobiologiya sənayesi haqqında ətraflı
məlumat verməyə müəllimin imkanı olmur. Belə hallarda qismən
də olsa fizika və kimya dərslərindəki imkanlardan istifadə etmək
mumkündür. Məsələn, fizikadan ilk dəfə təzyiq haqqında məlumat
verilərkən mikroorqanizmlərin fəaliyyətindən də söhbət açmaq
olar. Son vaxtlar mikroorqanizmlərin fəaliyyətindən neftçıxarmada
geniş istifadə olunur. Layların neftvermə qabiliyyəti azaldıqda quyuya
qidalandırıcı mühitlə birlikdə xususi mikroorqanizmlərin ştammları
yeridilir. Bakteriyalar yeraltı neft xəzinəsinə daxil olaraq orada
sürətlə çoxalır. Onların həyat fəaliyyəti nəticəsində istehsal olunan
müxtəlif qazların yaratdığı təzyiq köhnə quyuları yenidən canlandırır.
Bakteriyalar indi domna peçinin iştirakı olmadan saf metallar almaq
üçün də istifadə edilir. Onlar xüsusi borularla filiz mədəninə
göndərilir, metal oksidləşərək bakteriyalaşdırılmış məhlula keçir,
sonra həmin məhlul nasosla sorularaq emal edilir. Bu üsulla alınan
mis digər üsullara nisbətən üç dəfə ucuz başa gəlir. Bundan əlavə,
böyük torpaq ərazisi zibillənmir, filizi çıxaran, daşıyan,
xırdalayan mürəkkəb texnikaya da ehtiyac olmur, Beləliklə, şagirdlər
müxtəlif elmlər arasındakı və bu elmlərlə müasir istehsalat arasındakı
əlaqələri öyrənirlər. Onların yaddaşındakı biliklər bir-birilə görüşür,
bir-birini tamamlayır və təkmilləşdirir. Bu isə öz növbəsində
biliklərin səmərə və keyfiyyətini artırır. Elmə çoxdan məlumdur ki,
enerjiyə qənaət etməkdə canlı orqanizmlər bütün texniki qurğulardan
üstündür. Bunun səbəbn də radioaktiv şüalanma ilə əlaqədardır.
Müəyyən edilmişdir ki, qafa tası sümüklərində radioaktiv maddələrin
konsentrasiyası orqanizmin başqa yerlərinə nisbətən daha çoxdur.
Burada fasiləsiz olaraq gedən şualanma biokimyəvi reaksiyaların
sürətini artırır və orqanizmə lazım olan enerji ehtiyatını özündə
toplayan maddələrin sintezi üçün əlveriş-