__________________Milli Kitabxana__________________ 56
Kimya elminin və kimya sənayesinin fövqəladə böyük
müvəffəqiyyətlərinə baxmayaraq, hələ indiyə qədər canlı təbiətdə baş
verən bir sıra kimyəvi prosesləri laboratoriya şəraitində almaq
mümkün olmamışdır. Canlı təbiətdəki kimyəvi reaksiyalar ətraf
mühitin temperaturuna yaxın aşağı temperaturlarda, su muhitində
böyük sürətlə baş verdiyi halda, sənaye miqyasında bunlar yüksək
temperatur və təzyiqlərdə həyata keçirilir. Orqanizmdəki kimyəvi
reaksiyalar ətraf mühiti çirkləndirmir. Bir canlının həyat-fəaliyyət
məhsulu başqası tərəfindən tamamilə istifadə olunur və təbiətdəki
müvazinəti pozmur. Biokimyəvi reaksiyaların bu xüsusiyyətləri son
zamanlar alimlərimizin diqqətini daha çox özünə cəlb edir və onlar
sənaye istehsalı proseslərini həmin əsasda həyata keçirmək üçün
səy göstərirlər.
§ 3. TƏBİƏT ELMLƏRİNİN ƏSASLARININ ƏLAQƏLİ ÖYRƏDİLMƏSİ Alimlərin yazdığına görə əgər fizikanı molekullar mexanikası,
kimyanı-atomlar fizikası, biologiyanı isə albuminlər kimyası
adlandırsaq, birelmii başqa bir elmə nüfuz etdiyini, yəni bunların
əlaqəsini, vəhdətini və fərqini qeyd etmək mümkündür. Beləliklə, bu
ifadədən iki mühüm nəticə, bir tərəfdən fənlərarası əlaqənin mövcud
olması, digər tərəfdən, ali hərəkət formalarının sadə hərəkət
formalarına görə öyrənilə bilməməsi meydana çıxır. Ona görə do
müəyyən mənada bu elmlərin müstəqilliyinə toxunmamaq şərtilə
onların əlaqələrini açmaq əsas şərtdir. Həyat proseslərində ən sadə
hərəkət formaları ən mürəkkəblərilə birlikdə iştirak edir. Doğrudur,
canlı orqanizmlərdə baş verən sadə hərəkətlər ali hərəkətlərə tabedir,
lakin onlar çox cüzi də olsa öz xassələrini saxlayır. Beləliklə, atom,
molekul, ion və ya elektronun canlı və cansız obyektlərdəki
hərəkətinin səciyyəvi cəhətlərinin muqayisəsi müəyyən nəticələr
çıxarmağa imkan verir. Canlı orqanizmlərdə kimyaya və fizikaya
məlum olan enerji növlərindən və kimyəvi elementlərdən fərqli
heç nə müşahidə edilməmişdir. Bu onu göstərir ki, dünyanın maddi
vəhdət təşkil etdiyini bütün elmlər təsdiq edir. Kimya elmi fizikaya
məlum olan