__________________Milli Kitabxana__________________ 53
diq etdi. Onu göstərmək kifayətdir ki, müasir kəşflərin əksəriyyəti iki
və daha çox elmlərin qovuşduğu yerdə baş verir. Deməli, sintetik
elmlərin inkişafı ixtisasın daralmasına mane olur. Hələ vaxtilə
Radişev «Peterburqdan Moskvaya səyahət» əsərində öz obrazlarının
dililə ixtisasın daralmasına istehza etmişdir. Xəstə həkimə şikayət
edərək sağ burun deşiyində iltihab prosesi olduğunu bildirir. Həkim
isə xəstəyə: Mən sol burun deşiyi iltihabını müalicə edən həkiməm, N
isə Volqa sahilində yaşayır, siz gedin oraya və ona sağ burun deşiyi
iltihabını müalicə edən həkim muraciət edin, deyir.
Son illərin elmi nailiyyətləri göstərir ki, fizika, kimya, elektronika,
riyaziyyat və s. kimi dəqiq elmlərin biologiyaya müdaxiləsi nəinki
bioloji elmlərin üfüqlərini xeyli genişləndirmiş, həm də onu keyfiyyət
elmindən kəmiyyət elminə çevirmişdir. Biologiya lap yaxın keçmişdə
təcrübə və müşahidələr nəticəsində toplanmış faktları qeyd etməklə
kifayətlənərdi. Indi isə müasir biologiya kitablarının səhifələrində
düsturlara, qrafik təsvirlərə, qanunauyğunluqlara tez-tez rast gəlmək
olur. Fiziki təsəvvürlərin, ideyaların, qanunların və metodların
biologiyaya hərtərəfli nüfuz etməsi nəticəsində indi yeni mütəxəssislər
yetişir. Eyni zamada dəqiq elmlər üçün yeni tədqiqat obyektləri
yaranır, onlar özü inkişaf edir, təkmilləşir və imkanlarını artırır. Canlı
orqanizmlərdə baş verən bütün bioloji proseslər fiziki hadisələrlə
müşayiət olunur. Bu hadisələr fiziki cihazların köməyi ilə tez və
asanlıqla qeydə alına bilir, bioloji hadisələri isə qeydə almaq olmur.
Ona görə də hər bir bioloji hadisənin fiziki tərəfini öyrənməklə onun
əmələ gəlmə mexanizmi və təbiəti haqqında müəyyən mühakimə
aparılır.
Elmi-texniki tərəqqi təbabətin bir sıra mürəkkəb məsələlərini
dərindən öyrənmək və həll etmək üçün zəngin imkanlar yaratmışdır.
Insan orqanizmində baş verən prossslərin dərinliklərinə girmək,
onların sirlərin və əsas xüsusiyyətlərini aşkar etmək, əmələ gəlmə
səbəblərini və mexanizmlərini aydınlaşdırmaq mümkün olmuşdur.
Bütün bu nailiyyətlərin əldə edilməsində müxtəlif elm sahələrinin bir-
birilə əlaqəsi və qarşılıqlı təsiri əsas yer tutmuşdur. Bu elmlər heç