Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə46/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   42   43   44   45   46   47   48   49   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
49 
elm və texnikanın tərəqqiyə maddi-texniki bazanın yaranması kimi 
baxır. Müasir sənaye və kənd təsərrüfatı həmişəkindən daha çox elm 
və texnikanın inkişafından asılıdır. 
Hər bir müəllimin keyfiyyətli işi, yüksək bilik səviyyəsinə malik 
dərin mühakimə aparmağı, biliklərini istehsalatın müxtəlif sahələrində 
müvəffəqiyyətlə tətbiq etməyi bacaran gənclər yetişdirməkdir. Bu 
məsul vəzifənin yerinə yetirilməsində təbiət elmlərinin əlaqəli şəkildə 
öyrədilməsi probleminin həlli xüsusi rol oynayır. 
II FƏSİL 
ORTA MƏKTƏB KURSUNDA BİOFİZİKİ 
TƏHSİLİN TƏKMİLLƏŞDİRİLMƏSİ 
PROBLEMLƏRİ 
 
§ 1. BİOFİZİKANIN İNKİŞAF TARİXİ 
Biofizika ilk dəfə biologiya və fizikanın ümumi məsələlərini 
öyrənən bir elm sahəsi kimi meydana gəlmişdir. Adətən, bu elmin 
yaranma tarixini XVIII əsrin axırlarında iki məşhur italyan alimi 
Qalvani və Volta arasında gedən, həm də uzun müddət davam edən 
mübahisənin tarixi ilə bağlayırlar. Qalvani elektrikin ancaq canlı 
orqanizmlərdə, Volta isə cansız təbiətdə əmələ gəldiyini iddia edirdi. 
Lakin elmin sonrakı inkişafı göstərdi ki, elektrik həm canlı 
orqanizmlərdə, həm də cansız təbiətdə yaranır. Beləliklə, bu tarixi 
mübahisədə iştirak edən tərəflərin hər ikisi qalib gəldi. İndi elmə 
çoxdan məlumdur ki, sinir lifi oyanmış haldadırsa, yəni ondan 
mərkəzi sinir sisteminə siqnal verilirsə, bu, bilavasitə elektrik 
cərəyanının keçməsilə əlaqədardır və bu cərəyanı xüsusi cihazların 
köməyi ilə qeyd etmək olar. Həmin cə- 


__________________Milli Kitabxana__________________ 
50 
rəyanın gərginliyi indi voltlarla ölçülür. Voltanın kəşf etdiyi 
cərəyandan isə indi cib fənəri batareyalarında istifadə edilir və onlara 
qalvanik elementlər adı verilmişdir. Göründüyü kimi, sonrakı nəsillər 
hər iki alimin adını əbədiləşdirməklə mübahisəyə obyektiv yekun 
vurmuşdur. 
Biofizikanın yaranma tarixinin bu qədər qədim hesab edilməsinə 
baxmayaraq, o əsasən Böyük Vətən müharibəsindən sonra sürətlə 
inkişaf etməyə başlamışdır. Hazırda biofizika elminin məşğul olduğu 
məsələlər o qədər çoxalmışdır ki, onun indiki məzmunu heç əvvəlki 
adına belə uyğun gəlmir. Biofizika indi özünü biologiya elmlərinin 
inkişafına təkan verən hərəkətverici qüvvə kimi aparır. Müasir 
biologiya molekulyar səviyyədə tədqiqat işi aparır. 1950-ci illərin 
əvvəllərində biologiyada mühüm və böyük gələcəyi olan dəyişikliklər 
baş verdi. Mühüm kəşflər və bununla əlaqədar olaraq aparılan nəzəri 
ümumiləşmələr həyat haqqındakı elmə münasibətin kökündən 
dəyişməsinə, bir sıra yeni elm sahələrinin yaranmasına və xüsusilə, 
molekulyar biologiya və molekulyar genetikanın sürətlə inkişafına 
səbəb oldu. Fiziki və fiziki-kimyəvi metodlar, təsəvvürlər, fikirlər 
nəzəri və eksperimental biologiyaya nüfuz edərək biofizika və 
biokimyanın inkişafını daha da sürətləndirmək üçün əlverişli şərait 
yaratdı. Fiziklər, riyaziyyatçılar və kimyaçılar bioloji problemlərin 
həllində fəal iştirak etdilər. 
Bu, biologiyanın yeni mərhələdə inkişafı üçün böyük təkan idi. 
Ikinci mühüm təkan, kənd təsərrüfatı, təbabət və bioloji sənayenin 
tələblərilə əlaqədar olaraq yarandı. Sənaye miqyasında vitaminlər, 
fermentlər, antibiotiklər, amin turşuları və zülallar əlınmasına olan 
ehtiyac bioloji sənayenin sürətlə inkişaf etməsini tələb edirdi. 
Biofizika institutu indi biofizika sahəsində aparılan tədqiqat işlərində
Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) üzrə əməkdaşlıq edən bütün 
sosialist ölkələri üçün koordinasiya mərkəzi hesab olunur. İnteqrasiya 
proqramının həyata keçirilməsində yüz elmi tədqiqat müəssisəsi və 
kafedralar iştirak edir ki, bunlardan 19 -u ancaq



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin