Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə64/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   60   61   62   63   64   65   66   67   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
68 
bilikləri səthi mənimsəyir və öyrəndikləri hadisəlirin əmələ gəlmə 
səbəbləri ilə o qədər də maraqlanmırlar. Bunun bir səbəbi də onların 
fizikadan öyrəndiklərini tətbiq etməyi bacarmamalarıdır. 
Azov dənizi və Qara dəniz təxminən eyni bir iqlim şəraitindədir, 
hətta bir yerdə az qalır ki, lap birləşsinlər. Bu iki dənizin arasından 
ancaq Kerç körfəzinə doğru uzanan dəmir yolu keçir. Buna 
baxmayaraq onlar öz fiziki xassələrinə görə bir-birindən fərqlənir. 
Azov dənizi qışda donur, yayda isə 30°S-yə qədər qızır. Qara dəniz isə 
qışda donmur, yayda ən çoxu 24°S-yə qədər qızır. Bu coğrafi faktı 
qəbul etməklz şagird kifayətlənməməlidir. Onlar fiziki biliklə rinə 
istinad edərək mühakimə aparmalı və öyrəndiyi hadisənin baş vermə 
səbəbini müəyyən etməlidir. Qara dənizin sahəsi və dərinliyi Azov 
dənizinə nisbətən böyük olduğundan ondakı suyun ümumi miqdarı da 
çoxdur. Bu suların hərəsinə bir cisim kimi baxsaq, onları 1°S 
qızdırmaq üçün müxtəlif miqdarda istilik lazım olduğunu görərik. 
Deməli, Qara dənizin yayda az qızmasına səbəb ondakı suyun 
miqdarının çox olmasıdır. Suyun kütləsi çox olduğu üçün onda 
toplanan enerji də çox olur və o qışda tədricən soyuyur və heç 
donmur. Azov dənizinin suyu nisbatən az olduğundan yayda tez qızır 
və qışda da tez soyuyur, hətta donur. 
Fiziki biliklərin köməyilə izah oluna bilən bu cür coğrafi hadisələr 
çoxdur. Müəllimin vəzifəsi belə hadisəlari seçmək və şagirdlərin fəal 
iştirakı ilə tədris prosesində yeri gəldikcə onları izah etməkdir. 
Ərazidə illik yağmurun və enerjinin necə paylanması xəritəsində 
55° en dairəsində ölkəmizin qərbində iyul izotermi 17°S, şərqində isə 
20
0
S-dir. Yağmurlar isə uyğun olaraq 700 mm və 400 mm-dir. Nə 
üçün eyni en dairəsində qərb rayonlarında havanın temperaturu az, 
şərq rayonlarında isə çox olur? 
Şagirdlar fizikadan bilirlər ki, buxarlanma prosesi istilik itkisilə 
nəticələnir. Qərb rayonlarında suyun buxarlanmasına şərq rayonlarına 
nisbətən daha çox istilik lazımdır. Ona görə də yağmur çox olan yerdə 
temperatur aşağı olur. Qərbdə temperaturu azaldan ikinci bir fiziki 
səbəb də var: adətən, qərbdə duman şərqdən çox olur. Ona görə Günəş
şüalarının bir 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin