Microsoft Word P. doc titul doc


Bionika, canlı təbiətin tədqiqat nəticələrindən fizika və



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə69/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   65   66   67   68   69   70   71   72   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

Bionika, canlı təbiətin tədqiqat nəticələrindən fizika və 
texnikanın inkişafında istifadə edir. Müasir elmin ən perspektivli 
istiqamətlərindən biri də canlı və cansız təbiət arasındakı analogiyanı 
öy- 


__________________Milli Kitabxana__________________ 
73 
rənmək, bundan müxtəlif elmi-texniki problemlərin həllində istifadə 
etməkdir. 
Canlı orqanizmlərdə səmti bilmək, lokasiya, ümumi idarəolunma 
sistemləri, hərəkət etmək üsulları, canlı «mühərriklərin» energetik 
məsələləri, təkamül prosesində əldə edilmiş etibarlılıq, həssaslıq, 
zəriflik, iqtisadi cəhətdən çox əlverişli olmaq və s. kimi faktlar fizika 
ilə biologiya arasındakı əlaqəni inkişaf etdirmək üçün böyük imkanlar 
yaradır. 
Orta məktəb kursunda fizika proqramının əksəriyyət mövzuları 
biologiya ilə əlaqəni göstərmək üçün istifadə oluna bilər. Lakin 
müəllim necə gəldi yox, bu əlaqənii konkret formalarını 
səciyyələndirən misallar seçməklə şagirdlərin diqqətini buna cəlb 
etməlidir. Ona görə də fizika ilə biologiyanın əlaqəsini möhkəmlədən, 
fənlərarası assosiasiya yaratmağa xidmət göstərən çoxlu didaktik 
material toplamalıdır. 
Hər şeydən əvvəl, müəllim çalışmalıdır ki, fənlararası əlaqəyə həsr 
edilmiş material proqram çərçivəsindən kənara çıxmasın. Əks halda 
fizikanın bir sıra vacib məsələləri, müasir texnikanın əsasını təşkil 
edən mövzular kölgədə qalar, məsələ həllinə vaxt qalmaz, şagirdlar 
canlı aləmə daha çox meyl gösqərərək fizika fənni qarşısında duran 
əsas məqsəddən uzaqlaşarlar, həddindən artıq yüklənərlər və s. 
Fizika kursuna daxil edilən biofiziki material Nər şeydan əvvəl
ümumtəhsil məsələlərinə xidmət etməli və tərbiyəvi məqsəd 
güdməlidir. Biofiziki materialın məzmunu ən əsas bioloji proseslərin 
fiziki təbitinə aid olmalıdır. Nümunə üçün götürülmüş hadisə və 
faktların izahı hazırda fizika və biologiya kurslarında etiraf edilmiş 
ümumi nəzəriyyə və qanunlara uyğun gəlməlidir. Faktlar və istifadə 
edilən terminlər həm fiziki, həm də bioloji cəhətdən doğru olmalıdır. 
Burada əsas məqsəd bütün şagirdləri biofizik və ya bionik etmək 
deyil, bu elmlərə olan marağı artırmaq, bioloji tədqiqatlarda fizikanın 
metodlarının böyük rol oynadığına onları inandırmaq, fiziki və texniki 
amillərin canlı təbiətə təsirini açmaq, canlı obyektlərin və 
ümumiyyətlə bütün canlı təbiətin insanlar tərəfindən qorunmasının 
bizim özümüz və gələcək nəsillər üçün nə qədər vacib olduğunu 
göstərmək, bu ruhda onları tərbiyə etməkdir. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin