__________________Milli Kitabxana__________________ 71
Atlantik okeanından Barents dənizinə tökülən su konveksiya yolu
ilə Barents sularını qızdırır və enerjinin saxlanması qanununa görə özü
soyuyur. Soyuma prosesi sıxlığın ən böyük qiymətə çatmasına qədər
davam etdiyindən Arximed qanununa görə Barents dənizinin dibinə
enən atlantik sular özlərində həll olan zəngin oksigen ehtiyatını da
oraya aparır. Beləliklə buradakı planktonların inkişafı üçün əlverişln
şərait yaranır və həmin planktonlarla qidalanan balıqların sayı sürətlə
artır, buna görə də Barents dənizində balıq həmişə bol olur.
§ 4. TƏBİƏT ELMLƏRİNDƏ BİOFİZİKİ MATERIALIN MƏZMUNU VƏ ONA VERİLƏN TƏLƏBLƏR Fənn müəllimi biofiziki materialı seçərkən gələcək perspektivləri
nəzərə almalıdır. Ola bilər ki, şagird məktəbi bitirdikdən sonra
müxtəlif elm sahələrinin sintezindən alınan sintetik elmlərlə sıx bağlı
olan istiqamətdə təhsilini davam etdirsin və ya belə biliklərin lap
zəruri olduğu istehsalat sahəsində işləsin. Şagirdlərin əksəriyyəti bu
istiqamətə meyl köstərsələr belə, yenə müəllIm biologiya ilə fizika
arasındakı əlaqəni kifayət qədər tam şəkildə verə bilməz, onların
marağını tamamilə təmin edə biləcək səviyyədə iş aparmağa imkan
tapa bilməz. Belə hallarda sinifdənkənar məşğələləri gücləndirmək və
xüsusən biofizikaya həsr edilmiş fakultətiv kursdan istifadə etmək
olar.
Fizika ilə biologiyanın əlaqəsi həm elmi və həm də metodiki
cəhətdən optimal şəkildə həll edilsə şagirdlərin həmin fənlərə olan
marağı daha da artar, bu fənlərin tədrisi keyfiyyəti xeyli yüksələr,
onlar özü yaxşı öyrədilər, təbiətşünaslıq haqqında şagirdlərin
təsəvvürü tam və geniş olar, şagirdlərin politexnik hazırlığı artar.
Burada hansı biofiziki materialdan və fizikanın hansı mövzularını
keçərkən istifadə olunacağını müəyyən etmək də çox vacibdir. Fizika
və biologiya elmləri indi elə sürətlə inkişaf edir ki, fənlərarası əlaqəyə
aid material tükənməz həcmdədir. Bunu nəzərə alaraq ancaq fizika
proqramına uyğun və bilavasitə dərsin keyfiyyətini artırmaq üçün çox
faydalı olan biofiziki materialdan istifadə edilməlidir.