__________________Milli Kitabxana__________________ 74
Biofiziki material şagirdlərin başa düşəcəyi şəkildə verilməli
və onları yormamalıdır. Başqa sözlə, qeyd edilən faktlar və
gətirilən misallar onların iş xüsusiyyətlərinə və nəzəri hazırlığına
uyğun olmalıdır.
Biofiziki material şagirdlərin təfəkkürünün inkişafına və onlarda
dialektik-materialist dünyagörüşü yaranmasına xüsusi xidmət
göstərməlidir. Materialı seçərkən, bizi əhatə edən caplı və cansız
aləmin yeganəliyi haqqında
şagirdlərin təsəvvürlərinin
formalaşmasına, bunu həyata keçirmək üçün yeni imkanlar
yaranmasına yönəldən mövzuları götürmək lazımdır. Seçilmiş
material bir sıra təbiətşünaslıq anlayışlarının konkretləşməsinə və
ümumillşməsinədə kömək etməlidir. Məlumdur ki, fizikada öyrədilən
bir sıra anlayışlardan biologiyada geniş istifadə olunur. Həmin
anlayışlardan istifadə etdikdə biologiya müəllimləri çox vaxt onların
fizika dərslərində necə formalaşması ilə hesablaşmırlar. Nəticədə eyni
bir anlayış «parçalanaraq» öz universallığını itirir. Ona görə də bu
məsələyə ciddi fikir vermək və bunu düzgün həll etmək üçün
biologiya müəllimi ilə sistematik əlaqə saxlamaq lazımdır. Biofiziki
materialın fizika dərslərindəki yeri və məzmunu aşağıdakı qaydada
həyata keçirilə bilər: fizikanın tədris proqramını və ümumi
strukturunu dəyişmadən, fiziki materialın həcminə toxunmamaq
şərtilə biofiziki material fraqmentləşdirilir. Hər bir fraqmentlelə bir
minimum biofiziki material daxil edilir ki həmin fraqmentin
məzmun butövlüyü pozulmur və proqram materialı ilə uyğunlaşdırılır.
Fraqmentlə fizika dərsi arasında adekvatlıq şərti pozulmur.
Fizika alə biologiya arasındakı əlaqənin öyrənilməsini
sistemləşdirmək məqsədilə aşağıda göstərilən şəkildə bir cədvəl
tərtib etmək və bunu getdikcə təkmilləşdirmək faydalıdır,
§ 5. ŞAGİRDLƏRİN BİOFİZİKİ TƏHSİLİNİN