Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə68/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   64   65   66   67   68   69   70   71   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
72 
Fizika ilə biologiyanın elmi əlaqəsini bir neçə istiqamətdə inkişaf 
etdirmək olar. 
1. Fiziki hadisə bioloji prosesin bir hissəsidir və onu müşayiət 
edir. Dialektik materializmə görə həyat hadisələrini fiziki və ya 
kimyəvi hadisələr səviyyəsinə gətirmək olmaz, çünki həyat sadə 
hərəkət formalarının ən yüksək səviyyədəki sintezidir, sadə hərəkət 
formalarının qanunları bu yüksək hərəkət formasını öyrənməkdə bizə 
kömək edir. Materiyanın ümumi hərəkət qanunları kimi fizika 
qanunları da universaldır. Bu cəhətdən canlı orqanizmlər və cansız 
təbiət eyni qanunlara tabedir, 
2. Xarici muhitin canlı orqanizmlərə fiziki təsiri. Xarici 
mühitin orqanizmə göstərdiyi fiziki təsirlərə misal olaraq Yerin cazibə 
sahəsinin, iqlimin, elektrik və maqnit sahələrinin, kosmik şüaların, 
müxtəlif tezlikli radio dalğalarının və s. təsirini göstərmək olar. 
Kosmik uçuşlar əsrində, bu amillərin təsirini göstərmək daha vacibdir. 
Alimlərin apardıqları tədqiqatlar sübut edir ki, bu amillərin təsirini 
insanlara lazım olan istiqamətdə dəyişdirmək və ondan müəyyən 
məqsədlər üçün istifadə etmək olar. İndi fiziki amillərin müalicə 
məqsədilə istifadə edilməsi və bu sahədəki müvəffəqiyyətlərimiz 
hamıya məlumdur. Fiziki amillər vasitəsilə bitki və heyvanların 
məhsuldarlığını artırmaq təşəbbüsləri də son zamanlar sürətlə inkişaf 
edir. 
3. 
Fizika canlı təbiəti öyrənmək üçün vasitələr və metodlar 
mənbəyidir. Biologiya fiziki vasitələrdən Levenquk dövründən, 
yəni mikroskop kəşf ediləndən bəri istifadə edir. Lakin indiki dövrdə 
fizikanın biologiyaya müdaxiləsi geniş bir cəbhə təşkil edir. Elektron 
mikroskopu, rentgen quruluş analizi, nişanlanmış atomlar, sabit və 
yüksək tezlikli cərəyanlar, radio tezlikli elektromaqnit dalğaları və s. 
ilə aparılan işlər indi bioloji obyektlərin tədqiqində böyük şöhrət 
qazanmışdır. 
4. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin