__________________Milli Kitabxana__________________ 68
bilikləri səthi mənimsəyir və öyrəndikləri hadisəlirin əmələ gəlmə
səbəbləri ilə o qədər də maraqlanmırlar. Bunun bir səbəbi də onların
fizikadan öyrəndiklərini tətbiq etməyi bacarmamalarıdır.
Azov dənizi və Qara dəniz təxminən eyni bir iqlim şəraitindədir,
hətta bir yerdə az qalır ki, lap birləşsinlər. Bu iki dənizin arasından
ancaq Kerç körfəzinə doğru uzanan dəmir yolu keçir. Buna
baxmayaraq onlar öz fiziki xassələrinə görə bir-birindən fərqlənir.
Azov dənizi qışda donur, yayda isə 30°S-yə qədər qızır. Qara dəniz isə
qışda donmur, yayda ən çoxu 24°S-yə qədər qızır. Bu coğrafi faktı
qəbul etməklz şagird kifayətlənməməlidir. Onlar fiziki biliklə rinə
istinad edərək mühakimə aparmalı və öyrəndiyi hadisənin baş vermə
səbəbini müəyyən etməlidir. Qara dənizin sahəsi və dərinliyi Azov
dənizinə nisbətən böyük olduğundan ondakı suyun ümumi miqdarı da
çoxdur. Bu suların hərəsinə bir cisim kimi baxsaq, onları 1°S
qızdırmaq üçün müxtəlif miqdarda istilik lazım olduğunu görərik.
Deməli, Qara dənizin yayda az qızmasına səbəb ondakı suyun
miqdarının çox olmasıdır. Suyun kütləsi çox olduğu üçün onda
toplanan enerji də çox olur və o qışda tədricən soyuyur və heç
donmur. Azov dənizinin suyu nisbatən az olduğundan yayda tez qızır
və qışda da tez soyuyur, hətta donur.
Fiziki biliklərin köməyilə izah oluna bilən bu cür coğrafi hadisələr
çoxdur. Müəllimin vəzifəsi belə hadisəlari seçmək və şagirdlərin fəal
iştirakı ilə tədris prosesində yeri gəldikcə onları izah etməkdir.
Ərazidə illik yağmurun və enerjinin necə paylanması xəritəsində
55° en dairəsində ölkəmizin qərbində iyul izotermi 17°S, şərqində isə
20
0
S-dir. Yağmurlar isə uyğun olaraq 700 mm və 400 mm-dir. Nə
üçün eyni en dairəsində qərb rayonlarında havanın temperaturu az,
şərq rayonlarında isə çox olur?
Şagirdlar fizikadan bilirlər ki, buxarlanma prosesi istilik itkisilə
nəticələnir. Qərb rayonlarında suyun buxarlanmasına şərq rayonlarına
nisbətən daha çox istilik lazımdır. Ona görə də yağmur çox olan yerdə
temperatur aşağı olur. Qərbdə temperaturu azaldan ikinci bir fiziki
səbəb də var: adətən, qərbdə duman şərqdən çox olur. Ona görə Günəş
şüalarının bir