Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə65/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   61   62   63   64   65   66   67   68   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
69 
qismini həmin duman səpələyir və bu hesaba da temperatur azalır. 
Bu cür izahatlar fiziki biliklər hesabına coğrafi biliklərin 
dərinləşməsinə və möhkəmlənməsinə kömək edir. 
Şagirdlərin fizikadan bildikləri istilik miqdarı, istilik tutumu və s. 
anlayışlardan istifadə edərək coğrafiyada nəzərdən keçirilən bəzi 
məsələlərin izahında «az» və ya «çox» sözləri işlətmək əvəzinə 
müəyyən ölçüsü olan konkret ədəd göstərmək olar. Məsələn, 
hesablamalar göstərir ki, coğrafi enlik 1 dəyşidikdə ildə hər kvadrat 
metr səthə orta hesabla düşən Günəş enerjisi 1.25.105 kc artır və ya 
azalır. 
Quruda və dəniz səthində eyni coğrafi enlikdəki hava kütlələri 
nəinki və nəmliyinə görə, həm də temperaturlarına görə fərqlənir. 
Bunun səbəbi də fizikanın köməyilə izah olunur. Torpağın xüsusi 
istilik tutumu suyun xüsusi istilik tutumuna nisbətən təxminən 
üç dəfə azdır. Torpağın istilikkeçirməsi isə suya nisbətən çoxdur. 
Həmin səbəbə görə torpaq tez qızır və tez də soyuyur. Ona yaxın 
olan hava kütləsi də tez qızır və tez soyuyur. Dəniz-və- okean suları 
olduqca keç qızır və quruya nisbətən çox gec də soyuyur. 
Dənizhavasının temperatur dəyişməsi də buna uyğunlaşır. Bununla 
əlaqədar olaraq mülayim dəniz havasının temperaturu, mülayim qitə 
havasının temperaturundan qışda xeyli yüksək, yayda isa aşağı olur. 
Ona görədə hər bir qurşağın hava kütləsi iki qrupa balünür qitə və 
dəniz hava kütlələrinə. Beləliklə, şagirdlər hava kütləsinin xassələrinin 
təkcə verilmiş yerin coğrafi enliyindən və bu yerin formasından yox, 
həm də hava kütləsinə yaxın yerdəki mühitin xüsusi istilik 
tutumundan və istilikkeçirməsindən asılı olduğunu yaxşı dərk edirlər. 
Coğrafiyada tez-tez münbit torpaqdan söhbət gedir, lakin bu 
anlayış altında konkret nə nəzərdə tutulduğu kölgədə qalır. Şagirdlər 
bilmir ki, belə torpağın tərkibində mineral və üzvi maddələr, bol su və 
hava olur. Belə torpağın sıxlığı az və kapillyarlığı çox olduğundan 
atmosferdəki rütubəti özünə yaxşı çəkir və uzun müddət özündə 
saxlaya bilir, bolə torpağa hava asanlıqla nüfuz edə bilir. Torpağın 
münbitliyini fiziki anlayışlarla əlaqələndirməklə biz onları əlavə tədris 
materialı ilə yükləmirik, əksinə fənlərarası əlaqəni burada həyata 
keçirməklə şagirdlərin coğrafi və fiziki biliklərinin sintezini yaradırıq, 
bu iki tədris fənni arasındakı psixoloji səddi tədricən dağıdır, 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin