__________________Milli Kitabxana__________________ 65
lıq qüvvəsinin təsiri altında hərəkətə gəlmişdir.
Buzun torpağa təsir qüvvəsi o qədər böyük olmuşdur ki, o bəzi
yerlərdə xüsusilə, yumşaq və qumsal torpaqlar da girinti-çıxıntılar da
əmələ gətirmişdir. Bu buzlaqların hərəkət sürəti kiçik, kütləsi kifayət
qədər böyük olduğundan, kinetik enerjiləri də çox olmuşdur.
Buzlaqların bir qisminin əriməsinə sürtünmə nəticəsində ayrılan istilik
də kömək etmişdir. Əmələ gələn su axdığı yerlərdən özü ilə birlikdə
torpağı və qumu da yuyub aparmışdır. Bu isə relyefin dəyişməsinə
səbəb olmuşdur. Hal-hazırda axan sular relyefik inkişafına böyük təsir
göstərir.
Küləyin dağ süxurlarına necə təsir etdiyini fiziki biliklərə əsasən
belə izah etmək olar: bütün başqa cisimlər kimi, dağ süxurları da
temperaturun təsirilə öz həcmlərini dəyişir. Bu süxurların
istilikkeçirməsi çox az olduğundan, üst qatlar çox qızdığı halda alt
qatlar o qədər də qızmır. Nəticədə üstqatların genişlənməsi alt qatlara
nisbətən xeyli çox olur. Bundan başqa, dağ süxurları müxtəlif növ
maddələrdən ibarət olduğundan onların həcmi genişlənmə əmsalıda
müxtəlif olur. Torpağın gecələr soyuması və gündüzlər qızması
prosesi onun müxtəlif qatlarında bir-birindən fərqli dəyişikliklər
yaratmasına və bunların da nəticəsində torpaqda çatlar yaranmasına
səbəbolur. Bu hadisəyə ayrı-ayrı hissəciklər arasındagı ilişmə
qüvvəsinin müxtəlifliyi də kömək edir. Çatlar yaranan yerlərə su
dolduqda torpağın dağılması daha da sürətlənir. Gecələr torpağın üst
qatının tez soyumasına küləyin təsirilə buxarlanma sürətinin artması
da şərait yaradır. Süxurların qızma prosesinə onların nəmlik
dərəcəsinin təsiri çox olur. Quru süxurlar tez qızır. Nisbətən nəm
süxurlar isə aldıqları istiliyin bir hissəsini buxarlanmaya sərf etdikləri
üçün quru süxurlara nisbətən az qızır. Suyun xüsusi istilik tutumu çox
böyük olduğundan quru süxurların soyuması prosesi nəm süxurlara
nisbətən daha sürətli olur. Bütün bu xarici təsirlər fiziki amil kimi
relyefin dəyişmasində müəyyən rol oynayır. Lakin relyefin
dəyişməsinə yerin öz daxili qüvvələri də böyük təsir göstərir. Əsrlərlə
Yerin titrəməsi, Yer tərpənmələri, qaz püskürmələri, vulkanlar və s. də
relyefi dəyişdirir.