Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə58/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   54   55   56   57   58   59   60   61   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
62 
VIII sinfin biologiya kursunun ən vacib bəhslərindən biri də sinir 
sistemidir. Bu bəhsin öyrədilməsində fiziki mühakimə daha güclü 
olmalıdır. Elektrik cərəyanı ürək əzələləri və sinir sistemindən 
keçdikdə ölüm labüd olur. Ona görə də bu cərəyanın zərərli 
təsirlərindən qorunmaq üçün vaxtında müdafiə tədbirləri görmək 
lazımdır. 
Fizika ilə biologiya arasındakı əlaqənin inkişaf etdirilməsi 
şagirdlərdə materialist dünyagörüşünün formalaşması üçün yeni 
imkanlar yaradır. Onlar fizika qanunlarının təkcə texnikada, kənd 
təsərrüfatında deyil, həm də canlı təbiətdə tətbiq olunduğu ilə tanış 
olurlar. Eyni zamanda şagirdlər bitki və heyvan orqanizmlərinin həyat 
və fəaliyyətilə tanış olarkən fiziki qanunlardan və analogiyalardan 
istifadə edirlər. 
Bizi əhatə edən mühitin maddiliyi, onun dəyişmə və inkişafı 
materiyanın əsas xassələri, dialektikanın qanunları fizika və biologiya 
fənlərinin bütün məzmununda özünü göstərir. Bunlar arasındakı 
əlaqənin dərinləşdirilməsi və inkişaf etdirilməsi səbəb-nəticə 
baxımından daha əlverişli olur. Çünki planetimizin bütün canlıları 
yarandıqları gündən müxtəlif fiziki təsirlərin, məsələn, radioaktiv 
şüalanmanın, cazibə sahəsinin, temperaturun, səs və müxtəlif tezlikli 
elektromaqnit dalğalarının, elektrik vƏ maqnit sahələrinin təsirinə 
məruz qalır. Bu fiziki təsirlərdən birinin kəskin dəyişməsi dərhal öz 
əksini canlı orqanizmlərdə baş verən bioloji proseslərin gedişində 
tapır. Şagirdlər, canlı və cansız təbiətin bir sıra qanunlarının statistik 
xarakter daşıdığıkı hadisələrin öyrnilməsi prosesində dərk edirlər. 
Qazın təzyiqi, Broun hərəkəti, daxili enerjinin mexaniki və başqa 
enerji növlərinə çevrilməsi kimi hadisələrin izahı statistik xarakter 
daşıyır və hər iki elm sahəsinə aiddir. Bu statistik qanunauyğunluqlar, 
hər biri təklikdə təsadüfi xarakter daşıyan bircinsli hadisələr 
çoxluğunu təmsil edir. Statistik qanunlar da obyektivdir və hadisələr 
arasındakı mövcud əlaqəni təmsil edir. Lakin bu qanunlar ancaq 
sonsuz sayda bircinsli hadisələrin eyni zamanda baş verdiyi halda 
mövcud olur və onların ümumi təzahüri ayrı-ayrı hallardan asılı deyil.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin