Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə56/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   52   53   54   55   56   57   58   59   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
60 
soyuduqda dəniz və okeanların suyu da soyuyur. Ona görə də suda 
həll olan karbon qazının miqdarı artır, atmosferdəki isə bu hesaba 
azalır. Karbon qazının havadakı miqdarının azalması onun 
temperaturunu da aşağı salır. Nəticədə Yer səthində buz və qarla 
örtülən sahə artır. Ona görə də Yer səthinin Günəş şüalarını əks 
etdirən sahəsi artır və Yer daha da soyuyur. Reaktiv təyyarələrin və 
kosmik raketlərin uçuşu da Yerin soyumasına səbəb olur. Çünki, 
təyyarələr işığı səpən iz buraxır, raketlər isə enerjini atmosferdən 
uzaqlaşdırır. Hələ kosmik gəmilərin uçuşu hesabına da atmosferin ən 
yuxarı qatlarında havanın təzyiqi və tərkibi dəyişir. Bu da 
planetimizin iqlim şəraitinin dəyişməsində müəyyən rol oynayır. 
Şübhəsiz, tezliklə belə uçuşlar da beynəlxalq nəzarət altında 
aparılacaqdır. 
Admiral Stepan Osipoviç Makarov Bosfor boğazında bir ildən 
artıq müddətdə apardığı tədqiqat nəticəsində müəyyən etmişdir ki, 
Qara dənizlə Mərmərə dənizi arasında bir-birinin üzərində yerləşən iki 
axın| var. Üst axında su, Qara dənizdən Mərmərə dənizinə, alt axında 
isə, əksinə, Mərmərə dənizindən Qara dənizə doğru axır. Bunun 
səbəbi nədər? Üst axını yaradan Qara dənizin səviyyəsinin 
Mərmərə dənizindən yüksək olmasıdır. Müxtəlif çaylardan gələn və 
yağış vasitəsilə tökülən suyun artıq hissəsi qismən buxarlanır, qismən 
də Mərmərə dənizinə tökülür. Bəs alt axın nə üçün Mərmərə 
dənizindən Qara dənizə doğru yönəlmişdir. Çünki Mərmərə dənizinin 
suyu daha şordur. Şor suyun yaratdığı hidrostatik təzyiq, başqa şərtlər 
eyni olduqda adi suyun yaratdığı hidrostatik təzyiqdən çox olur. Ona 
görə də eyni dərinlikdə olan yerlərdə Mərmərə dənizindəki təzyiq 
Qara dənizdəkindən çox olur və həmin təzyiqlər fərqinin təsiri
altında su Bosfor boğazı ilə Mərmərə dənizindən Qara dənizə doğru 
axır. Mühakiməyə başqa kəmiyyətlər də daxil etməklə Qara dənizin 
itirdiyi suyun qazandığı sudan təxminən iki dəfə çox olduğunu da 
nəzərə əsaslandırmaq olar. 
Bütün bu mühakimələrdə məqsəd təbiət elmlərinin əlaqəli 
öyrənilməsinə xidmət etməlidir. 
VIII sinifdə fiziologiyadan qan dövranı bəhsi öyrənildikdə ürəyin 
quruluşu, işi, qan təzyiqi, qanın hərəkət sürəti və s. məsələlərdən də 
ətraflı söhbət ge- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin