__________________Milli Kitabxana__________________ 63
Akademik N.P.Dubinin göstərir ki, fizika, kimya, biologiya və
riyaziyyat müəllimləri öz işlərində möhkəm əlaqə yaratmalıdır.
Müasir elmin nailiyyətlərilə şagirdləri tanış etmək üçün onlar birgə
işləməlidirlər. Əgər bu əlaqə fizika ilə biologiya arasında həyata
keçirilməlidirsə, onda fizika vƏ biologiya müəllimlərinin özlərinin
aydın təsdəvürü olmalıdır. Hansı istiqamətdə bu əlaqənin inkişaf
etdirilməsinin mümkün olduğunu və bu məqsədlə hansı metodlardan
istifadə etmək lazım gəldiyini müəyyən etməlidirlər.
Seçilmiş metodlar bioloji və fiziki hadisələrin qarşılıqlı əlaqəsini,
bir-birinə təsirini açmalı, fizika qanunlarınıp canlı və cansız təbiət
üçün ümumi olduğunu göstərməlidir. Bu iki fənnin bir-birini
çihazlar, tədqiqat metodları və ideyalarla neçə zənginləşdirdiyini
şagirdlər konkret misallar və faktlar əsasında yaxşı dərk etməlidirlər.
Fizika dərslərində biologiya ilə əlaqənin həyata keçirilməsi bir sıra
anlayışların, məsələn, «hərəkət», «enerjn», «maddə», «qüvvə» və s.
formalaşmasında daha böyük əhəmiyyət kəsb edir. Həmin
anlayışlardan bütün təbiət elmlərində geniş istifadə olunur. Buna
baxmayaraq, müxtəlif tədris fənlərinin həmin anlayışlardan istifadə
etmək rolu eyni deyil. Əsas istiqamətləndirici formalaşma fizika
dərslərində aparılır. Lakin biologiya və ya kimyadan götürülmüş
materialdan istifa də etdikdə anlayışın canlı təbiət hadisələrini
öyrənməkdə rolu məlum olur, onun haqqında şagirddə yaradılmış
təsəvvür daha da genişlənir, inkişaf edir və konkretləşir. Təəssüf ki,
bəzən fənlərarası əlaqənin yaranmasına proqramlardakı uyğunsuzluq
maneçilik törədir. Məsələn, botanikanı öyrənərkən fiziki biliklərə
ehtiyac olur. Ümumi biologiya kursu ilə fizika arasında da kifayət
qədər əlverişli uyğunlaşma yoxdur. Məsələn, fizikaya aid biliklərin
istifadə olunmasına ehtiyacı olan «fotosintez» mövzusunun
öyrədilməsi «işığın təbiəti» mövzusundan xeyli qabağa düşür. Belə
hallar biologiya müəlliminin vəziyyətini çətinləşdirir. O, fiziki
biliklərin köməyilə formalaşmağa ehtiyacı olan bir sıra bioloji
anlayışların şagirdlərə verilməsində çətinlik çəkir.
Fizika müəlliminin vəziyyəti isə bu barədə çox yax-