__________________Milli Kitabxana__________________ 59
li şərait yaradır. Bu onu göstərir ki, radioaktiv şüalanmanın müəyyən
dozası nəinki orqanizm uçün zərərli deyil, hətta zəruridir.
Qidalanmanın bir hissəsini onlar şüalanma enerjisi hesabına alır.
Doğrudan da, bütün canlılar radioaktiv şüalanma fonunda əmələ gəlir,
böyüyür və tələf olurlar, həmin fona onlar çoxdan uyğunlaşmışdır.
Şagirdlər bildiklərinə əsasən bir sıra təbiət hadisələrinin gedişi
haqqında irəlicədən müəyyan fikir söyləyə bilirsə, bu çox
fərəhləndirici haldır. Bu cür mühakimələr aparmaq üçün onları
hazırlamaq lazımdır. Məsələn, təbii yanacaqlardan istifadə olunması
tempi getdikcə artır. Bununla paralel olaraq atmosferdəki karbon
qazının miqdarı da sürətlə artır. Hesablamalara görə bu qazın 1875-ci
ildən 1975-ci ilə qədər, yəni 100 il ərzində artması nə qədər
olmuşdursa, 1975-ci ildən başlayaraq cəmi 25 il ərzində də təxminən o
qədər olacaqdır. Bu isə istilik şitilliklərində olduğu kimi, temperaturun
artması ilə nəticələnir. Alimlərin fikrincə temperaturun orta illik
qiyməti 1-2°S artsa, bu, Yer kürəsində ciddi dəyişiklilərə səbəb olar.
Arktika və Antarktkdanın buzları, uca dağların başını bürüyən qarlar,
yüksək dağ dərələrindəki buzlar əriyər, dünya okeanının səviyyəsi 60-
80 m qalxar, 18-25% yaşayış yerləri su altında qalardı. Qar və buzun
əriməsi Yer kürəsinin işıqqaytarma qəbiliyyətini azaldardı. Başqa
sözlə, Günəşdən gələn işıq enerjisinin Yer tərəfindən udulan hissəsi
artardı. Bu da öz növbəsində Yerin temperaturunun bir az da
artmasına səbəb olardı. Bu ağıla batandırmı?
Əslində təbiətdə baş verən proseslər bizim təsvir etdiyimizdən
xeyli mürəkkəbdir. Təbiətdə bizim yuxarıda təsvir etdiyimizin əks
istiqamətində də fəaliyyət göstərən proseslər baş verir.
Statistikaya görə iri sənaye mərkəzləri olan şəhərlərdə dumanlı və
yağışlı günlərin sayı sürətlə artır. Toz, kül, tüstü, his və digər xırda
zərrəciklər sanaye tullantıları kimi atmosferə daxil olur. Onlar
atosferdəki su buxarının kondensasiyası mərkəzlərinə çevrilir.
Əmələ gələn dumanlıqlar Günəşi yerdən gizlənir. Günəş
şüaları, Yerə çatmadıqda Yer soyuyur. Yer