Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə75/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   71   72   73   74   75   76   77   78   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
80 
qan üçün 1,6, əzələ üçün 2, quru dəri uçün 10
5
, sümük üçün 10
7
olduğu ədəbiyyatdan məlumdur. Həmin qiymətləri metalların xüsusi 
müqavimətlərilə müqayisə edərək şagirdlər bilavasitə görürlər ki, 
orqanizmin toxuma və mayeləri metallara nisbətən elektriki pis 
keçirir. Orqanzmin- su çox olan yerində isə elektrikkeçirmə də çox 
olur- və suyun miqdarı ilə mütənasib şəkildə artır. Dəri zədələndikdə 
elektrik cərayanının keçməsinə olan müqavimət xeyli azalır. 
Zədələnməmiş dəridə cərəyan əsasən piy və sal vəzilərilə axır. Nazik 
və nəm dəri elektriki yaxşı keçirir. Fakultativ məşğələlər, orta təhsil 
bazasında ixtisas seçməyin əsasını təşkil edir. Bu məşğələlər orta 
təhsilin məzmununun xeyli zənginləşməsinə, şagirdlərin əmək və 
politexnnk təlim hazırlığının artmasına, müxtəlif fənlərin tədrisi 
prosesində inteqrasiyanın inkişaf etməsinə kömək göstərir. Fizika ilə
biologiyanın əlaqəsinə həsr edilmiş həmin fakultativ kurs nəinki 
şagirdlərin seçdiyi sahəni dərindən öyrənmələrinə, həm də orta 
məktəb kursuna daxil olan təbiət fənlərinin qarışılıqlı əlaqəsini və bir-
birinə təsirin dərindən dərk etmələrinə şərait yaradır. 
Akademik N.P.Dubininin qeyd etdiyi kimi, elmin müasir inkişaf 
səviyyəsində biologiya, fizika, kimya və riyaziyyatın məktəb 
kursunun kompleks məsələlərinə həsr olunmuş kitablar çox faydalı 
olar, belə bir kitab şagirdlərə, sintetik elmlərin son nailiyyətləri 
haqqında məlumat verərdi. 
Fakultativ kurslara aid proqramda hələlik belə bir kurs nəzərdə 
tutulmamışdır, şagirdlərin fakultativ kurs seçmək imkanları 
məhdudlaşdırılmışdır. Lakin buna ehtiyac var və xüsusilə kimya-
biologiya təmayüllü məktəblərdə həmin kurs çox fayda verə bilər. 
Hazırda eyni bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilir. Bunun 
kimi də, eyni bir elm sahəsi təkcə bir obyekti yox, bir neçə sahənin 
obyektlərini öyrənir. Biologiyanın bir sıra kəşfləri və nailiyyətləri 
fizika və texnikanın yüksək inkişaf səviyyəsi nəticəsində əldə 
edilmişdir. Bu baxımdan şagirdlərin diqqətini canlı təbiətin fiziki 
metodlarla öyrənilməsinə cəlb etmək metodoloji bir zəruriyyət təşkil 
edir. Fizika və canlı aləm» mövzusunda təşkil edilən fa- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin