Microsoft Word Phescetam insert az



Yüklə 184,59 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix02.01.2022
ölçüsü184,59 Kb.
#2105
1   2   3   4   5   6   7
Farmakoterapevtik qrupu 

Baş beyin qan dövranını və metabolizmini yaxşılaşdıran preparat. 

ATC kodu: N06BX 

 

Farmakoloji xüsusiyyətləri 



Farmakodinamikası 

Aşkar nəzərəçarpan hipoksiya əleyhinə, nootrop və damargenişləndirici təsirlərə malik kombinəolunmuş 

dərman vasitəsidir. 

Pirasetam – energetik və zülal mübadiləsinin güclənməsi, qlükozanın hüceyrələr tərəfindən sərfinin 

sürətlənməsi və onların hipoksiyaya qarşı davamlılığının yüksəlməsi hesabına baş beyində metabolik 

prosesləri aktivləşdirir, MSS-də neyronlararası ötürməni yaxşılaşdırır, baş beyin daxilində  və yarımkürələr 

arasında məlumatın ötürülməsini yaxşılaşdırır, metabolizmə  və hemorologiyaya təsiri hesabına işemiya 

əleyhinə təsir göstərir. 

Sinnarizin – ləng kalsium kanallarının seçici blokatorudur, kalsium ionlarının hüceyrələrə keçməsini inhibə 

edir və plazmolemma deposunda onların saxlanmasını azaldır, arteriolların saya əzələsinin tonusunu aşağı 

salır, onların biogen damargenəldici maddələrə (epinefrin, norepinefrin, dopamin, angiotenzin, vazopressin) 

qarşı reaksiyasını azaldır. AT-nə əhəmiyyətli təsir göstərmədən damargenəldici təsirə malikdir (pirasetamın 

angiohipoksik təsirini gücləndirərək, xüsusən də baş beyin damarlarına münasibətdə). Mülayim antihistamin 

fəallıq göstərir, vestibulyar aparatın oyanıqlığını azaldır, simpatik sinir sisteminin tonusunu aşağı salır. 

Eritrositlərin membranının elastikliyini, onların deformasiya qabiliyyətini artırır, qanın qatılılığını azaldır. 

Bu kombinəolunmuş preparat aşkar nəzərə çarpan hipoksiya əleyhinə  təsirə malikdir. Preparatın hər iki 

komponentinin müştərəkliyi, onların beyin-damar müqavimətinin reduksiyasında biruzə verən farmakoloji 

təsirlərinin qarşılıqlı güclənməsinə  gətirib çıxarır. Bu komponentlərin kombinasiyası  həmçinin  əhəmiyyətli 

dərəcədə beyin qan dövranının yüksəlməsinə səbəb olur. 


Yüklə 184,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin