Xüsusi göstərişlər
Qaraciyər çatışmazlığı zamanı preparatı ehtiyatla təyin etmək lazımdır.
Yüngül və orta ağırlıqlı böyrək çatışmazlığı zamanı (KK 60 ml/dəq-dən az) terapevtik dozanı azaltmaq və ya
preparatın qəbulu arasındakı intervalları artırmaq lazımdır. Qaraciyər funksiyasının pozğunluğu olan
xəstələrdə qaraciyər fermentlərinə nəzarət etmək lazımdır. Müalicə zamanı alkoqol istifadəsindən uzaq
olmaq lazımdır.
Preparat qalxanabənzər vəzin hormonlarının aktivliyini artırdığı üçün tremor və narahatçılığa səbəb ola bilər.
Yüksəlmiş gözdaxili təzyiq və Parkinson xəstəliyi zamanı preparatı ehtiyatla təyin etmək lazımdır.
Preparatın uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi haqqında klinik göstəricilər mövcud deyil, buna
görə də preparatı 5 yaşdan kiçik uşaqlara təyin etmək məsləhət deyil.
Bu dərman preparatını nadir biruzə verən irsi qalaktoza dözümsüzlüyü, Lapp laktaza çatışmazlığı və ya
qlükoza-qalaktoza malabsorbsiya sindromundan əziyyət çəkən xəstələrə istifadə etmək olmaz.
Dostları ilə paylaş: |