saat ərzində qəbul olunan dozanın 95%-i). Pirasetamda qan plazmasında Т 4-5 saat, baş beyində orta
hesabla 7,7 saat təşkil edir. Böyrək çatışmazlığı zamanı Т artır.
Sinnarizin qaraciyərdə tamamilə metabolizə olunur (dealkinləşmə yolu ilə). Sinnarizində Т
1/2
4
saat təşkil
edir. Metabolitlər şəklində xaric olunur (1/3 – sidiklə böyrəklərdən, 2/3 – nəcislə bağırsaqdan).
İstifadəsinə göstərişlər
•
beyin qan dövranı çatışmazlığı (beyin damarlarının aterosklerozu, işemik və hemorragik insultların bərpa
dövrü, kəllə-beyin travmalarından sonra, müxtəlif mənşəli ensefalopatiyalar);
•
intoksikasiyalar;
•
intellektual-mnestik funksiyaların zəifləməsi (yaddaşın, diqqətin, əhval-ruhiyyənin pozulması) ilə
müşayiət olunan mərkəzi sinir sisteminin (MSS) xəstəlikləri;
•
asteniya və adinamiya simptomlarının üstünlüyü ilə psixoorqanik sindrom;
•
astenik sindrom;
•
labirintopatiyalar (başgicəllənmə, qulaqlarda küy, nistaqm, ürəkbulanma, qusma);
•
Menyer sindromu;
•
kinetozların profilaktikası;
•
miqrenin profilaktikası;
•
uşaqlarda intellektual inkişafın ləngiməsi.
Dostları ilə paylaş: