Hamiləlik və laktasiya dövründə istifadəsi
Fessetamın hamiləlik və laktasiya (ana südü ilə qidalandırma) dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə zamanı avtomobil idarə edilməsi zamanı ehtiyatlı olmaq və yüksək konsentrasiyalı diqqət və
psixomotor reaksiyaların tezliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növlərindən kənar olmaq
lazımdır.
İstifadə qaydası və dozası
Daxilə, qida qəbulundan asılı olmayaraq.
Böyüklərə: preparat xəstəliyin ağırlığından asılı olaraq 1-2 kapsuldan gündə 3 dəfə 1-3 ay müddətində təyin
olunur. Müalicə kursu ildə 2-3 dəfədir.
5 yaşdan böyük uşaqlara: 1-2 kapsuldan gündə 1-2 dəfə (3 aydan çox olmayaraq) təyin olunur.
Əlavə təsirləri
Əlavə təsirlər tezliyinə görə aşağıdakı kimi bölünmüşdür: çox tez-tez (≥10%), tez-tez (≥1% və <10%), bəzən
(≥0,1% və <1%), nadir hallarda (≥0,01% və <0,1%), çox nadir hallarda (<0,01%).
Allergik reaksiyalar: çox nadir hallarda - dəri səpgisi, dermatit, qaşınma, ödem, fotohəssaslıq.
Həzm sisteminə: nadir hallarda - ağız suyu ifrazının artması, ürəkbulanma, qusma, ishal, zəif biruzə verən
dispeptik əlamətlər, epiqastral nahiyədə ağrılar, ağızda quruluq.
Mərkəzi sinir sisteminə: hiperkineziyalar, yuxululuq, depressiya; nadir hallarda – baş gicəllənmə, baş ağrıları,
qıcıqlanma, narahatlıq, yuxunun pozulması, ataksiya, həyəcan, hallüsinasiyalar.
Doza həddinin aşılması
Fessetam preparatının doza həddinin aşılması halları haqqında məlumat daxil olmamışdır.
Buraxılış forması
10 kapsul, PVX/Al blisterdə. 6 blister içlik vərəqi ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
«ADİFARM EAD»
Bulvar “Simeonovskoye şose”, №130
1700 Sofiya, Bolqarıstan
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com