Microsoft Word Qasimov-ias docx


  Qeyri-səlis üstünlük münasibətləri əsasında



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə118/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   177
N 406

7.5.  Qeyri-səlis üstünlük münasibətləri əsasında 
paylanmış informasiya axtarışının təşkili 
Yuxarıda qeyd olunduğu kimi, internetdə çoxlu sayda 
axtarış sistemləri mövcuddur. Bu sistemlər müəyyən üstün 
və çatışmayan cəhətlərə malik olurlar. Müxtəlif axtarış 
maşınları informasiya ehtiyatlarını (web-səhifələri, məlu-


206 
mat bazalarını, fayl arxivlərini və s.) özlərinə  məxsus  şə-
kildə indeksləşdirirlər [95]. Nəticədə, tərtib olunmuş eyni 
sorğular üzrə ayrı-ayrı  İAS tərəfindən aparılan axtarışlar 
müxtəlif nəticələr verir. Həmçinin, axtarış nəticəsində ay-
rı-ayrı axtarış maşınları tərəfindən tapılmış eyni sənədlərin 
relevantlıq əmsalları fərqli ola bilər. Bundan əlavə, axtarış 
sistemləri tematik baxımdan istiqamətlənmiş ola bilər ki, 
bu da öz əksini axtarışın nəticəsində tapa bilər. 
Ona görə də müxtəlif axtarış sistemlərinin əldə etdikləri 
nəticələrin müqayisəli təhlili və onlar tərəfindən eyni sor-
ğuya verilmiş sənədlər arasından daha münasib (relevant) 
sənədlərin seçilməsi məsələsi böyük aktuallıq kəsb edir. 
Qeyd olunmalıdır ki, axtarış maşınları  tərəfindən tapılıb 
verilmiş  sənədlər çoxluğu informasiya fəzasında olan və 
axtarış sistemləri tərəfindən  əhatə edilən sənədlər çoxlu-
ğundan xeyli azlıq təşkil edir. Güman etmək olar ki, ax-
tarış sistemləri tərəfindən tapılıb verilmiş  sənədlər çoxlu-
ğunun təhlili və emalı paylanmış informasiya axtarışını 
həyata keçirməyə və axtarışın nəticəsini xeyli yaxşılaşdır-
mağa imkan verə bilər. 
Paylanmış informasiya axtarışının təşkili  İAS-ın aşağı-
dakı əsas xarakteristikalarını yaxşılaşdırmağa imkan verir:  
-  altsistemlərin paralel yerinə yetirilməsi yolu ilə axta-
rışın tez həyata keçirilməsi; 
-  sistemin uzaqda olan komponentlərini cəlb etmədən lo-
kal qərarların müstəqil qəbul edilməsinin mümkünlüyü; 
-  modulluluq – altsistemlərin işlənib hazırlanmasının 
bir-birindən asılı olmaması, sistemin genişləndiril-
məsinin asanlığı və s; 
-  sıradan çıxmaya davamlılıq – sistemin bir altsiste-
minin və ya onun qoşulduğu rabitə kanalının sıradan 


207 
çıxması digər altsistemlərin, eləcə  də bütövlükdə 
sistemin işinin dayanmasına səbəb olmur;  
-  şəbəkə və zaman resurslarının qənaət olunması və s. 
Paylanmış axtarışın təşkili bir çox alt sistemlərdən (ax-
tarış maşınlarından və robotlarından) ibarət paylanmış 
İAS-ın – multi-axtarış sisteminin yaradılması zamanı daha 
böyük əhəmiyyət kəsb edir. Alt sistemlər tərəfindən veril-
miş lokal qərarlar təhlil olunur, ümumiləşdirilir və bundan 
sonra onlar arasında seçim aparılır. Nəticədə, seçilmiş sə-
nədlər multi-axtarış sisteminin nəticəsi kimi qəbul olunur 
və istifadəçiyə təqdim edilir. 
Bu paraqrafda axtarış alt sistemlərinin lokal qərarlarının 
müqayisəli təhlili və onlar arasında olan qeyri-səlis üstün-
lük münasibətlərinə görə ümumi qərarın qəbul edilməsi 
yolu ilə paylanmış informasiya axtarışının təşkili üsuluna 
baxılır. Başqa sözlə, çoxlu sayda axtarış maşınlarından 
ibarət olan multi-axtarış sisteminin yaradılması  və bu ax-
tarış maşınlarının verdikləri nəticələr əsasında ümumi qə-
rarın qəbul edilməsi məsələsi tədqiq olunur.  
Tutaq ki, 


m
k
s
S
k
,
1
,


 –  multi-axtarış sisteminin
axtarış maşınları çoxluğu, 


n
i
d
D
i
,
1
,


 –  arasından
daha relevant olanların seçilməsi tələb olunan sənədlər 
çoxluğu, 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin