Microsoft Word Qasimov-ias docx


  Tematik (mövzu) kataloqlar



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə126/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   177
N 406

8.3.1.  Tematik (mövzu) kataloqlar 
Tematik kataloqlar İnternetin informasiya ehtiyatla-
rının mövzular üzrə sistemləşdirilmiş iyerarxik sistemidir. 
Tematik kataloqlara bəzən  web-kataloqlar,  axtarış kata-
loqları və ya sadəcə kataloq adlandırırlar.  
Tematik kataloqların məlumat bazaları informasiya eh-
tiyatları haqqında zəruri məlumatları özündə saxlayır. Be-
lə ki, internetin informasiya ehtiyatları haqqında məlumat-
lar toplanır və qabaqcadan müəyyən edilmiş mövzulara 
uyğun olaraq qruplara – tematik kataloqlara bölünür. Te-
matik kataloqlar da öz növbəsində ona daxil olan alt möv-
zulara uyğun olaraq alt tematik kataloqlara bölünür, bu alt 
kataloqlar da daha dar istiqamətli mövzular üzrə alt kata-
loqlara bölünür və s.  
Beləliklə, informasiya ehtiyatları bir-birinə daxil olan 
iyerarxik mövzular sistemi üzrə təsnif olunur. İnformasiya 
ehtiyatlarının axtarışı onların mövzularının konkretləşdi-
rilməsi və lokallaşdırılması (yerinin müəyyən edilməsi) 
yolu ilə  həyata keçirilir. Nəticədə, tematik kataloqun iye-
rarxik strukturu üzrə  ən yuxarı  səviyyədən başlayaraq  ən 
aşağıdakı səviyyəyə doğru ardıcıl keçmə yolu ilə bütün in-
formasiya ehtiyatlarına giriş təmin edilir. 
Tematik kataloqlar klassik kitabxanaların ənənəvi kata-
loqlarına analogiya təşkil edir və sistemin operatoru və ya 
administratoru tərəfindən  əllə  və ya xüsusi proqramların 


222 
köməyi ilə avtomatik yaradılır. Kataloqa daxil edilən hər 
bir internet resurs üzrə qısa annotasiya hazırlanır və möv-
zular üzrə nizamlanır. Tematik kataloqların yaradılması 
tərtibatçıdan mənbələrin mövzusunu yaxşı bilməsini və 
İAS-da istifadə olunan inkişaf etmiş informasiya-axtarış 
dilinin olmasını tələb edir. 
İnsan fəaliyyəti sahəsinə  aşağıdakı mövzu sahələri aid 
edilə bilər: elm, təhsil, texnika, incəsənət, iqtisadiyyat, tibb, 
siyasət, idman, turizm, istirahət, avtomobil, moda, alış-veriş 
və s. Qeyd edilməlidir ki, kitabxana sahəsindən fərqli olaraq
internetin tematik kataloqlarında mövzu sahələri üçün vahid 
standart mövcud deyildir. Belə ki, kitabxana sistemlərində 
UOT (universal onluq təsnifatlandırıcı), KBT (kitabxana 
biblioqrafik təsnifatlandırıcı), DOT (Dyui onluq təsnifatlan-
dırıcı) və s. standartlardan istifadə olunur. Bir sıra kitabxana-
larda isə spesifik təsnifat sistemləri reallaşdırılır. 
İnternet şəbəkəsində vəziyyət daha açıqdır. Belə ki, te-
matik kataloqda seçilən mövzu sahələri və ya məzmunu 
eyni olan mövzuların adları saytın sahibindən (onun arzu-
sundan) asılı olaraq tamamilə fərqli ola bilər. 
Hazırda tematik kataloqların yaradılması işi, əsasən, in-
sanlar, yəni mütəxəssislər tərəfindən əl ilə yerinə yetirilsə 
də, son zamanlar tematik kataloqların avtomatik yaradıl-
ması üsullarının işlənib hazırlanması istiqamətində elmi 
tədqiqatlar aparılır və ümidverici nəticələr əldə olunur.  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin