223
dirir, məzmunlarını təhlil edər, onların axtarış obrazlarını
yaradır və axtarış sisteminin indekslər bazasına daxil edir.
Ona görə də onlara bəzən
avtomatik indekslər deyirlər.
Avtomatik indekslər bazası xüsusi robot (pauk, spider
və s.) proqramlarının köməyi ilə internetdə olan ilkin sə-
nədlərin mətnlərindən, başlıqlarından, annotasiyalarından,
referatlarından və digər mətn fraqmentlərindən onların
məzmunlarını əks etdirən indekslərin (yəni terminlərin,
açar sözlərin) seçilməsi yolu ilə yaradılır. Robot proqramı
web-fəzada olan informasiya ehtiyatlarını indeksləşdirir,
yəni onların məzmunlarını təhlil edərək, ən vacib termin-
ləri və ya açar sözləri seçib ayırır və axtarış sisteminin in-
dekslər bazasına daxil edir. İndeksləşdirilmiş sənədlərin
zəruri rekvizitləri (adı, yeri, ünvanı və s.), habelə həmin
termin və açar sözlərin bu sənədlər üçün vaciblik dərəcələ-
rini göstərən əmsallar bu terminlər və açar sözlərlə birlik-
də indekslər bazasına əlavə edilir.
İnternetin axtarış maşınları informasiya axtarışını real-
laşdırmaq üçün, bir qayda olaraq, aşağıda göstərilən
beş əsas
Dostları ilə paylaş: