Microsoft Word Qasimov-ias docx


  İnternetin informasiya-axtarış sistemləri



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə124/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   177
N 406

8.2.  İnternetin informasiya-axtarış sistemləri 
İnternetin informasiya-axtarış sistemi – axtarış mexa-
nizmləri ilə  təchiz olunmuş  və yalnız verilmiş sistem 
(sayt) daxilində deyil, eləcə  də  şəbəkə vasitəsilə internet 


216 
informasiya fəzasında mövcud olan bütün saytlar, sistem-
lər, məlumat bazaları  və digər informasiya ehtiyatlarında 
axtarışının aparılması üçün nəzərdə tutulmuş informasiya 
sistemidir. Sadəlik naminə  gələcəkdə informasiya-axtarış 
sistemi anlayışında istifadə edəcəyik. 
Ümumiyyətlə,  İAS-a internetin informasiya fəzasında 
informasiya xidmətlərinin istifadəçiləri üçün bələdçi kimi 
baxmaq olar. Adətən, istifadəçilər özlərinə hansı informa-
siyanın lazım olduğunu yaxşı bilir, lakin bu informasiya-
nın  şəbəkədə mövcud olmasına baxmayaraq, onu harada 
və necə tapmağın mümkün olduğunu bilmirlər. Məhz belə 
problemin həlli və istifadəçilərin informasiyaya olan tələ-
batının ödənilməsində onlara yardım göstərən bələdçi ro-
lunu oynayan vasitəçi proqram sistemlərindən, yəni  İAS-
dan istifadə olunur. İAS müxtəlif yollarla (informasiya eh-
tiyatlarının tematik kataloqlarını və ya avtomatik indekslə-
rini yaratmaq, onların sahiblərindən, o cümlədən serverlər-
dən zəruri informasiyanı sifariş etmək yolu ilə və s.) inter-
net  şəbəkəsində olan informasiya ehtiyatlarının kontenti, 
yəni məzmunu haqqında "bilikləri" öz bazasına toplayırlar. 
İnternetin müasir informasiya xidmətlərinin, o cüm-
lədən İAS-ın əsasında ənənəvi İAS-ın yaradılması və isti-
fadəsi sahəsindəki təcrübə durur.  
İnternetin informasiya ehtiyatlarının xüsusiyyətlərini 
nəzərə alaraq, yaradılan informasiya axtarışı vasitələrinə, 
o cümlədən İAS-a qoyulan əsas tələblər aşağıdakılardır:
-  İnternetin informasiya ehtiyatlarının maksimal dərə-
cədə dolğun əhatə olunması; 
-  İnternetdən alınmış (götürülmüş) informasiyanın 
doğruluğunun təmin edilməsi və ziddiyyətliliyinin 
aradan qaldırılması; 


 
 
217 
 
-  informasiya ehtiyatlarının avtomatik indeksləşdiril-
məsi və tematik kataloqlarının yaradılması üçün in-
tellektual üsulların reallaşdırılması;  
-  istifadəçiyə vaxtında və dolğun cavab vermək üçün 
onun sorğusuna uyğun olaraq axtarış sistemi tərəfin-
dən yüksəksürətli axtarışın aparılmasının təmin 
edilməsi; 
-  axtarışın nəticəsinin dəqiqliyinin və pertinentliyinin, 
yəni alınmış nəticələrin istifadəçinin tələbatına tama-
milə uyğun olmasının təmin edilməsi; 
-  istifadəçi ilə  əks  əlaqənin qurulması imkanlarının 
reallaşdırılması; 
-  təbii dilə yaxın olan istifadəçi interfeysinin 
reallaşdırılması. 
Qeyd olunan tələblərin ödənilməsi üçün İAS tərəfindən 
aşağıdakı əsas məsələlərin həlli təmin edilməlidir: 
-  sənədlərin (informasiya ehtiyatlarının) indeksləşdiril-
məsi, onların axtarış obrazlarının yaradılması  və 
İAS-ın indekslər bazasında təqdim olunması, saxla-
nılması və yenilənməsi; 
-  terminlərin, sinonimlərin, tezaurusların və assosiativ 
sözlərin tələb olunan rubrikatorlarının, lüğətlərinin, so-
raqçalarının, eləcə  də məlumat bazalarının yaradılması; 
-  sənədlərin tematikalarının müəyyənləşdirilməsi, on-
ların tematik kataloqlarının yaradılması, eləcə  də 
müəyyən olunmuş rubrikatora görə sənədlərin müva-
fiq tematik kataloqlar üzrə paylanması; 
-  strukturlaşdırılmış indekslər bazasının və meta-veri-
lənlər bazalarının yaradılması; 
-  istifadəçi ilə axtarış sistemi arasında intellektual in-
terfeysin qurulması; 


218 
-  istifadəçilərin sorğularının emalı  və indeksləşdiril-
məsi, axtarış obrazlarının yaradılması; 
-  istifadəçinin təbii dildə  mətn  şəklində  tərtib etdiyi 
axtarış sorğusuna  əsasən onun informasiya tələba-
tının müəyyən edilməsi; 
-  istifadəçi sorğusuna relevant olan sənədlərin indeks-
lər bazasında və tematik kataloqda axtarışının təşkili; 
-  tapılan sənədlərin istifadəçi sorğusuna relevantlıq də-
rəcələrinin müəyyənləşdirilməsi və  nəticələrin ni-
zamlanmış şəkildə istifadəçiyə təqdim olunması; 
-  istifadəçinin sistemlə qarşılıqlı  fəaliyyətinin təşkili 
və effektiv istifadəçi interfeysinin yaradılması; 
-  istifadəçi ilə əks əlaqə mexanizmlərinin reallaşdırılması. 
İnternetdə informasiya ehtiyatlarının həcminin astrono-
mik sürətlə artması, onlar üzrə axtarışı  həyata keçirən 
İAS-a müraciətlərin sayının və intensivliyinin kəskin yük-
səlməsi və digər səbəblərdən aşağıdakı  məsələlər də bu 
gün böyük aktuallıq kəsb edir: 
-  axtarış vasitələrinin, indekslər bazalarının və tematik 
kataloqların internetin qovşaqları  və serverləri üzrə 
paylanması, yəni paylanmış informasiya axtarışının 
təşkili; 
-  axtarış agentlərinin yaradılması, multiagent axtarış 
sistemlərinin yaradılması; 
-  sənədlərin tematikasının avtomatik müəyyənləşdirilməsi 
və onların tematik kataloqlarının avtomatik yaradılması; 
-  təbii dilə yaxın intellektual istifadəçi interfeysinin 
yaradılması; 
-  informasiya axtarışı vasitələrinin işlənib hazırlanma-
sı və reallaşdırılması üçün qeyri-səlis çoxluqlar, süni 
intellekt və neyron şəbəkələr nəzəriyyələrinin imkan-
larından istifadə edilməsi. 


219 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin