214
üçün interfeys, xüsusi axtarış mexanizmləri (açar
sözlərə
görə axtarış və ya mövzü kataloqları üzrə axtarış) olan
proqram kompleksidir. Bu sistemlər axtarışın nəticəsi ola-
raq istifadəçiyə onların sorğusuna relevant olan sənədlərin
siyahısını təqdim edir. Həmin siyahıda təqdim olunan sə-
nədlərin müəyyən hissəsi (bəzən əksəriyyəti) əslində isti-
fadəçiyə lazım olmur. Ümumiyyətlə,
nəticədə verilən sə-
nədlərin diqqətlə araşdırılması lazım gəlir. İnternetin in-
formasiya-axtarış sistemləri növbəti bölmələrdə ətraflı
baxılacaqdır.
İnternetdə lazımi informasiyanın axtarılması və əldə
olunması üçün yuxarıda göstərilən üsullardan əlavə prak-
tikada tez-tez istifadə olunan daha iki yanaşmanı qeyd et-
mək olar:
- yeni informasiya ehtiyatlarının təhlili;
- xüsusi proqramların tətbiqi yolu ilə zəruri informa-
siya ehtiyatının axtarılması.
İnternetdə yeni yaranmış informasiya ehtiyatlarının ba-
xılması və təhlili təkrar axtarışların aparılması, ən yeni in-
formasiyanın tapılması və ya haqqında informasiya lazım
olan obyektin inkişaf tendensiyasının izlənməsi zamanı
çöx əlverişli olur. Bu zaman həmin mövzu sahəsi ilə bağlı
bütün informasiya ehtiyatlarının baxılmasına
ehtiyac ol-
mur, istifadəçini yalnız internetdə yeni dərc olunmuş mə-
lumatlar maraqlandırır.
İnformasiyanın ilkin axtarışının aparılması üçün xüsusi
proqramların tətbiqi effektiv və avtomatlaşdırılmış üsul he-
sab edilir. Yuxarıda ikinci yanaşmada təklif olunan əl ilə hə-
yata keçirilən hiperistinadlar üzrə hərəkət
burada avtomat-
laşdırılır. Konkret mövzu sahəsi üzrə verilmiş sözlər (termin-
lər) üzərində qoyulmuş hiperistinadların göstərdiyi web-sə-
hifələrin baxılması spayder adlanan xüsusi proqramlar vasi-
215
təsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə proq-
ramlar üçüncü yanaşmada təqdim
olunan informasiya-axta-
rış sistemlərinin robot proqramlarının xüsusi formasıdır. Bu
yanaşmaya, həmçinin, dar mövzu sahəsində informasiya ax-
tarışını həyata keçirən xüsusi proqramlar da aid edilir. Təbii
ki, bu yanaşma nəticəsində təqdim olunan
sənədlərin də is-
tifadəçi tərəfindən dəqiq emalı tələb olunur.
Ümumiyyətlə, internetdə informasiya axtarışı dedikdə
mövcud informasiya-axtarış sistemləri, eləcə də hər hansı
saytın və ya informasiya sisteminin axtarış mexanizmləri
vasitəsilə lazım olan məlumatın axtarılıb tapılması nəzərdə
tutulur. Bu halda istifadəçi ona hansı informasiyanın lazım
olduğunu bilir, lakin bu informasiyanın harada, hansı in-
ternet saytında və ya informasiya sistemində yerləşdiyini
bilmir. İnternetdə axtarış aparmaq üçün istifadəçi zəruri
axtarış sorğusunu formalaşdıraraq müvafiq informasiya-
axtarış sisteminə və ya axtarış mexanizmi
olan informasi-
ya sisteminə ötürür. İstifadəçi sorğusunun cavabında axta-
rış sistemi tərəfindən tapılmış informasiya ehtiyatlarının
siyahısını (adları və ya ünvanları göstərilməklə) alır.
Əvvəlki URL-ünvanın daxil edilməsi yolu ilə lazım
olan saytın açılması, hiperistinadlar üzrə hərəkət etməklə
zəruri informasiya ehtiyatına keçid və yeni informasiya
ehtiyatlarının təhlili kimi yanaşmaları isə sadəcə internet-
də naviqasiya adlandırmaq olar.
Dostları ilə paylaş: