212
8.1. İnternetdə informasiyanın axtarılması və əldə
edilməsi üsulları
İnternetin informasiya ehtiyatlarının
həcminin və müx-
təlifliyinin kəskin artması səbəbindən bu nəhəng fəzada
lazım olan informasiyanın axtarılması və tapılması çox
ciddi problemə çevrilmişdir. Aydındır ki,
gündəlik prakti-
ki fəaliyyətində müəyyən informasiyaya tələbatı yaranan
hər bir insan bu tələbatını ödəmək üçün informasiya mən-
bələrinə, o cümlədən
internetə müraciət edir, müvafiq ax-
tarış sorğusunu formalaşdırır
və informasiya xidmətlərinə
təqdim etməklə özünə lazım olan informasiyanı axtarır.
İnternetdə informasiyanın axtarılması və əldə edilməsi
bir neçə yolla həyata keçirilə bilər. Bu üsullar axtarışın ef-
fektivliyini və keyfiyyətini, eləcə də əldə olunub
götürülən
informasiyanın növünə görə əhəmiyyətli dərəcədə fərqlə-
nirlər. İnformasiya axtaran şəxsin
məqsəd və vəzifələrin-
dən asılı olaraq, internetdə informasiyanın axtarılması və
əldə olunması üçün əsas üç üsuldan (yanaşmadan) istifadə
olunur:
- URL-ünvanın
daxil edilməsi;
- hiperəlaqələr üzrə hərəkət (naviqasiya);
- informasiya-axtarış sistemlərinin istifadəsi.
Dostları ilə paylaş: