Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə43/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   177
N 406

Sosial  şəbəkə – istifadəçilər arasında sosial qarşılıqlı 
əlaqələrin qurulması,  əks etdirilməsi və  təşkili üçün nə-
zərdə tutulmuş platforma, interaktiv (online) xidmət və ya 
web-saytdır. Sosial şəbəkələr aşağıdakı imkanların real-
laşdırılması ilə xarakterizə olunur: 
-  istifadəçi tərəfindən özünün açıq və ya yarımaçıq 
profilinin yaradılması və idarə edilməsi; 
-  istifadəçi müəyyən  əlaqəsi olan digər istifadəçilərin 
siyahısını şəbəkəyə verə və ya dəstəkləyə bilər
-  müxtəlif üzvlük kriterilərinə uyğun olaraq istifadəçi 
qruplarının formalaşdırılması; 
-  sistem daxilində istifadəçilər arasında mövcud olan 
əlaqələrin baxılması və yoxlanması. 
Bu gün internetdə çoxlu sayda sosial şəbəkələr fəaliy-
yət göstərir. Daha məşhur sosial şəbəkələrin istifadəçilə-
rinin sayına görə statistik göstəricilər 2014-cü ildə belə 
olmuşdur:  


65 
-  Facebook – 1,4 milyard; 
-  YouTube – 1 milyard; 
-  WhatsApp – 600 milyon; 
-  Google+ – 540 milyon; 
-  Twitter – 500 milyon; 
-  Linkedin – 260 milyon; 
-  Vkontakte – 230 milyon; 
-  Instagram – 200 milyon; 
-  Odnoklasniki – 205 milyon və s. 
Web forum – web-saytın istifadəçilərinin qarşılıqlı ün-
siyyətinin təşkili məqsədilə reallaşdırılan web-proqram-
dır. Web-forum – saytın qonağı (istifadəçisi - sayta daxil 
olan) tərəfindən öz məlumatını daxil etməyə və saxlamağı 
imkan verən bölməsidir. Bu zaman saxlanılan məlumatlar 
digər istifadəçilər tərəfindən də oxuna bilər. 
Forumlar müzakirə üçün bölmələr toplusunu təqdim 
edir.  İstifadəçilər bu bölmələrdə mövzular yaradırlar və 
həmin mövzular çərçivəsində müzakirələr aparırlar. Hər 
bir mövzu tematik qonaq kitabını xatırladır. Yəni möv-
zuya daxil olan bütün istifadəçilər (qonaqlar) orada öz 
məlumatlarını yaza bilərlər.  
Ümumiyyətlə, web-forumun iyerarxiyası “bölmə - möv-
zu – məlumat”  şəklində olur. Burada hər bir məlumat 
“müəllif-mövzu-məzmun-tarix/vaxt” şəklində informasiya 
daşıyır. Məlumat və ona cavablar mövzunun qolunu (bu-
dağını) təşkil edir. Forumun ilkin müzakirə mövzusundan 
yayınma forumun qaydaları ilə qadağan olunur. Qaydala-
ra riayət olunmasına müəyyən bölmə və ya mövzu çərçi-
vəsində yad məlumatları redaktə etmək, başqa yerə daşı-
maq və pozmaq imkanlarına malik olan moderatorlar  və 
administratorlar nəzarət edirlər. 


66 
Forumlarda məlumatlara girişin məhdudlaşdırılması 
əlahiddə dərəcədə çevik şəkildə həyata keçirilə bilər. Belə 
ki, bəzi forumlarda istənilən qonağa (iştirakçıya) yeni 
məlumatların oxunması  və yaradılması imkanları verilir, 
digər forumlarda isə qabaqcadan qeydiyyat tələb olunur. 
Bəzən qarışıq variant da tətbiq edilir. Əksər web-forumlar 
qeydiyyatdan keçmiş istifadəçilərə  fərdi ünsiyyət qurma-
ğa imkan verən şəxsi məlumatlar sisteminə malik olurlar. 
Qeydiyyat zamanı  iştirakçılar öz profillərini yarada bi-
lərlər. İştirakçı profili – onun haqqında məlumatları özündə 
əks etdirən web-səhifədir. Burada iştirakçı özü haqqında 
məlumat verə,  şəklini daxil edə, onun məlumatlarına  əlavə 
olunan imza yarada bilər.  İmza mətn və ya qrafik (təsvir) 
şəklində ola bilər. 
Beləliklə, web-forumlarda bölmələr, mövzular, məlu-
matlar, onlara cavablar, eləcə  də mövzuların müəllifləri 
və  iştirakçılar (qonaqlar) haqqında məlumatlar (onların 
profilləri) toplanır.  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin