həll olunsun, lakin bunun zamana da ehtiyacı vardır. Ancaq biz siyasi, iqtisadi istiqaməti
düz seçmişik. Əsas odur ki, bölgələr inkişaf etdirilir, onların problemləri həll olunur.
Bölgələrin paytaxt Bakının səviyyəsinə çatdırılması üçün çox işlər görülməlidir”.
Dindarlar Prezidentə bir daha təşəkkürlərini bildirirlər, ölkə-mizdə aparılan quruculuq
işlərini yüksək qiymətləndirirlər...
İlham Əliyev avqustun 18-də daha bir neçə yerə baş çəkir. Qəbələ şəhərinə çəkilmiş
yeni içməli su xəttinin açılış mərasimində iştirak edir. Tikilməkdə olan konserv zavodu ilə
tanış olur və müəssisənin inzibati binasının təməlinin qoyulması mərasiminə qatılır.
Həmçinin İlham Əliyev Qəbələdə “Gilan” yeyinti məhsulları istehsalı müəssisəsinin
açılışını da edir. Bu müəssisə fındıq emalı və çörək zavodlarından ibarətdir...
“Gilan” tikinti materialları istehsalı müəssisələri kompleksinə gələn prezident İlham
Əliyev burada iki qum-çınqıl zavodu və asfalt zavodu, tikilməkdə olan kərpic zavodu və
yeni yaradılmış “Aqrotexservis”lə tanış olur, Belarusdan alınmış kənd təsərrüfatı
texnikasına baxır.
Müəssisənin rəhbəri Tofiq Allahverdiyev bildirir ki, “Gilan” tikinti materialları
istehsalı müəssisəsi 2004-cü ildə yaranıb. Kompleksə 4 zavod, 1 aqroservis xidməti
daxildir. Qum-çınqıl zavodlarından birinin dəyəri 200 min ABŞ dolları, sutkalıq istehsal
gücü 500 kubmetr, ikincisinin dəyəri 60 min ABŞ dolları, sutkalıq istehsal gücü 200
kubmetrdir. Zavodlar iki növbədə işləyir, hər növbədə 50 nəfər çalışır.
2005-ci ilin aprel ayında fəaliyyətə başlayan Asfalt zavodunun saatda 60 ton məhsul
buraxmaq gücü var. Burada iki növbədə 30 nəfər işləyir.
Kərpic zavodunda dəyəri 3 milyon ABŞ dolları olan avadanlıq quraşdırılır. Zavodun
tikintisində 150 nəfər çalışır və yaxın vaxtlarda işə başlaması nəzərdə tutulur. Zavod ildə
30 milyonadək kərpic buraxacaq və burada bir növbədə 70 nəfər çalışacaqdır.
“Aqrotexservis”in 1 milyon ABŞ dolları həcmində avadanlığı və 30 ədəd kənd
təsərrüfatı texnikası, habelə texniki yardım və təmir emalatxanası var. Yaxın vaxtlarda
texnikanın sayı 60-a çatdırılacaqdır. Fermerlərə və torpaq sahiblərinə texniki xidmət
göstərən “Aqrotexservis”də 60 nəfər çalışır. Mütəxəssislər hazırlayan kurslar da açılıb.
Prezident İlham Əliyev istehsal sahələri ilə tanış olur, görülən işlərin
genişləndirilməsinin vacibliyini bildirir. Sonra bu müəssisəyə iki ədəd “Belarus” markalı
traktor hədiyyə edir.
Prezident İlham Əliyev buraya toplaşan rayon sakinləri ilə səmimi görüşüb söhbət
edir, onların problemləri ilə maraqlanır, şikayətlərini dinləyir və məsələlərin həll
olunacağını bildirir.. Sakinlər ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini
xatırlayaraq, onun yolunu davam etdirdiyinə və rayonlarda, bölgələrdə əhalinin
vəziyyətinin yaxşılaşdırılmasına görə Prezidentə minnətdarlıq edirlər.
Avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Tarix-Diyarşünaslıq
muzeyində olur və “Heydər Əliyev muzeyi”nin binasının tikintisinə baxır.
Prezident İlham Əliyevə və Mehriban xanıma məlumat verilir ki, Tarix-Diyarşünaslıq
muzeyi və tikilməkdə olan “Heydər Əliyev muzeyi” eyni ərazidə yerləşir. Tarix-
Diyarşünaslıq muzeyi 1980-ci ilin mayından fəaliyyət göstərir. 2004-cü ilin aprelindən
yeni binaya köçüb. Fondda 12 mindən çox eksponat vardır. Bunların xeylisi nadir
eksponatlardır. Muzey Qəbələnin 2500 illik tarixini əks etdirir. Burada ümummilli lider
Heydər Əliyevin və Prezident İlham Əliyevin Qəbələyə səfərlərini əks etdirən fotoşəkillər
də toplanıb.
Muzeyin doqquz yüz kvadratmetrlik binası, bir hektar torpaq sahəsi, 13 ekspozisiya
zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, qədim
daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi meydançası var.
Prezident İlham Əliyev Qafqaz Albaniyası dövrünə aid eksponatlarla tanış olur,
bunların böyük əhəmiyyəti olduğunu, Azərbaycanın qədim tarixə malik olmasını sübut
etdiyini vurğulayır.
Azərbaycan Prezidenti “Heydər Əliyev muzeyi”nin binasının tikintisinə də baxır.
Prezident İlham Əliyev Tarix-Diyarşünaslıq muzeyi ilə tanışlıqdan sonra xatirə
kitabına ürək sözlərini yazır:
“1980-ci illərin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə
yaradılmış Qəbələ diyarşünaslıq muzeyi, şübhəsiz öz eksponatları ilə diyarın qədim
tarixini əks etdirir. Qəbələ Azərbaycanın qədim torpağıdır, eramızdan əvvələ aid yazılı
mənbələrdə Qəbələnin adını çəkirlər. Biz öz tarixi və mədəni irsimizə böyük diqqətlə
yanaşırıq. Biz öz qədim tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq
ictimaiyyətə təqdim etməliyik. Qəbələ diyarşünaslıq muzeyi bu vəzifələri uğurla yerinə
yetirir. Qəbələlilərə öz dərin hörmət və məhəbbətimi bildirirəm”.
Dostları ilə paylaş: |