Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə17/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   13   14   15   16   17   18   19   20   ...   80
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti.  
 
Azərbaycan Prezidenti İlham  Əliyev avqustun 18-də  Qəbələ rayonunun ən qədim 
yaşayış məntəqələrindən olan Nic qəsəbəsinə gəlir.  
2300 illik tarixi olan bu qəsəbənin sakinləri dövlətimizin başçısı  İlham  Əliyevi və 
xanımı Mehriban Əliyevanı böyük səmimiyyət və ehtiramla, gül-çiçəklə qarşılayırlar.  
Prezident İlham Əliyevə məlumat verilir ki, Nicin 6,5 min nəfər əhalisi var, bunun 4 
mindən çoxu udinlər, qalanı azərbaycanlılar və ləzgilərdir. Qəsəbədəki 5 orta məktəbin 
3-də tədris rus dilində, 2-də isə Azərbaycan dilində aparılır. Nicdə qədim alban kilsəsi 
və digər abidələr vardır. Respublika hökumətinin köməyi ilə burada tarix muzeyi və açıq 
havada etnoqrafiya qoruğu yaradılacaqdır. Eçmiədzin (erməni) katolikosluğunun təkidi ilə 
Peterburq Müqəddəs Sinodu 1836-cı ildə alban katolikosluğunu ləğv etdikdən sonra 
udilərin dini fəaliyyətlə məşğul olmasına qadağan qoyulmuşdu. 2003-cü ildə Azərbaycan 
Respublikasının Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi udilərin dini fəaliyyətinin bərpa 
olunması barədə  qərar vermişdir. 1993-cü ildə ümummilli liderimiz Heydər  Əliyevin 
hakimiyyətə qayıdışından sonra Nic məktəblərinin I-IV siniflərində udi dili də  tədris 
olunur. Udilər bunu ulu öndər Heydər Əliyevin xidməti kimi yüksək qiymətləndirirlər.  
Prezident İlham Əliyev qəsəbə sakinləri qarşısında nitq söyləyir. “...Mən ilk dəfədir ki, 
Nicdəyəm. Çox eşitmişəm, bilirəm ki, Nicin çox böyük tarixi var, çox böyük mədəniyyəti 
var, nailiyyətləri var, tarixi irsi çox zəngindir. Ona görə bu gün çox xoşbəxtəm ki, özüm 
gəlmişəm sizin yanınıza, sizinlə birlikdəyəm. Görürəm ki, burada əhval-ruhiyyə  də 
yaxşıdır, ab-hava da yaxşıdır. Bütövlükdə rayonda görülən işlər məni çox sevindirir. 
Rayon rəhbərliyi yaxşı işləyir, çalışır ki, bütün problemləri həll etsin. O cümlədən sizin də 
problemlərinizin həllində çox böyük işlər görür. Mən də çalışacağam ki, sizin 
problemlərinizi bundan sonra daha da sürətlə həll edək. Sizi narahat edən, sizə çətinlik 
yaradan, maneəçilik yaradan hansı məsələ varsa, indi mənə deyin ki, Bakıya qayıdanda 
bunların hamısını həll edim. 
Əgər bir sözünüz yoxdursa, onda sizin hamınıza uğurlar, can sağlığı arzulayıram. 
Arzu edirəm ki, həmişə olduğu kimi xoşbəxt yaşayaq, Azərbaycan inkişaf etsin” - deyən 
cənab prezident sakinlərin problemlərini öz dilindən eşidir, lazımi tapşırıqlar verir.  
İqtisadiyyatın artımı üçün dövlət tərəfindən görüləcək işləri sadalayan ölkə başçısı hər 
bir vətəndaşın da məsuliyyətini xatırladır və bildirir ki, Azərbaycanın  ən böyük 
nailiyyətlərindən, sərvətlərindən biri də odur ki, bizim ölkəmizdə milli və dini baxımdan 
həmişə mehribanlıq olub. “Bu zəmində heç vaxt ayrı-seçkilik, ziddiyyət olmayıbdır. Milli 
və dini dözümlülük bizim ölkəmizin inkişafında böyük töhfədir. Hamımız bilirik ki, heç də 
bütün ölkələrdə vəziyyət buna bənzər deyildir. Dünyada elə ölkələr var ki, orada yaşayan 
müxtəlif xalqlar bir-biri ilə yola getmir, müxtəlif dinlərin nümayəndələri ünsiyyətdə 
olmurlar. Onlar təcrid olunmuş  vəziyyətdə yaşayırlar. Bu, həmin ölkələrin bəlası, 


faciəsidir. Böyük xoşbəxtlikdir ki, Azərbaycanda yaşayan bütün xalqlar ölkəmizin bütün 
yerlərində özünü doğma evindəki kimi hiss edir. Bu, bizim nailiyyətimizdir. Biz bəlkə  də 
buna öyrəşmişik, gündəlik həyatda buna fikir vermirik və düz də edirik ki, fikir vermirik. 
Çünki bu amil, bu problem Azərbaycanda yoxdur. Çünki Azərbaycanda yaşayan bütün 
xalqlar mənim qardaşlarımdır və Azərbaycan Respublikasının prezidenti kimi mən 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin