Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə20/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   16   17   18   19   20   21   22   23   ...   80
 “Qəbələdə mehmanxanalar tikilir, buranın çox gözəl təbiəti var. Turizm üçün çox 
gözəl yerlər var. Turizmin inkişafı, infrastrukturun inkişafı, sosial məsələlərin həlli, 
məktəb tikintisi - bütün bunlar Qəbələ rayonunun inkişafında çox mühüm rol oynayan 
amillərdir. Rayonun potensialı ildən-ilə möhkəmlənir və  mən bu gün deyə bilərəm ki, 
Qəbələ rayonu Azərbaycanın  ən sürətlə inkişaf edən rayonları  sırasındadır. Bu uğurlar 
münasibətilə  mən sizin hamınızı  təbrik edirəm.”  – deyən ölkə başçısı bu istiqamətdə 
görülən layihələrin gələcəkdə  nəinki bölgəyə, xüsusən Azərbaycana uğurlar 
gətirəcəyindən bəhs edir… 
Azərbaycan Prezidenti İlham  Əliyev martın 2-də  Qəbələ rayonunda Müalicə-
Diaqnostika Mərkəzinin tikintisi ilə tanış olur.  
Prezidentə  məlumat verilir ki, mərkəzin tikintisinə 2005-ci ildə başlanılıb, bu ilin 
avqust ayında inşaat işləri tamamlanacaqdır. ARDNŞ-in sifarişi ilə tikilən bu mərkəzə 4 
milyon manat, o cümlədən avadanlığın, cihazların və digər inventarların alınması üçün 3,5 
milyon manat vəsait xərclənəcəkdir.  
Mərkəzin layihəsi ilə tanış olan Prezident İlham Əliyev, artıq ölkəmizin 10 rayonunda 
bu cür səhiyyə ocaqlarının yaradıldığını xatırladaraq deyir ki, Qəbələdə  də belə bir 
mərkəzin istifadəyə verilməsi  əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini 
yüksəldəcəkdir. Prezident İlham Əliyev Lənkəran Müalicə-Diaqnostika Mərkəzində açıq 
ürək üzərində əməliyyat aparıldığını  bildirir ki, gələcəkdə Qəbələdən də xəstələrin Bakıya 
getməsinə ehtiyac qalmayacaq, burada da mürəkkəb cərrahiyyə  əməliyyatlarının 
keçirilməsi mümkün olacaqdır. Prezident İlham  Əliyev müalicə-diaqnostika mərkəzinin 
xarici görünüşünün də müasir standartlara uyğun olması üçün tövsiyə  və tapşırıqlarını 
verir.  


Prezident İlham Əliyev inşaatçılarla da görüşüb söhbət edir. Qəbələ rayonunda bundan 
sonra da tikinti işlərinin hələ çox olacağını bildirir və onlara uğurlar arzulayır… 
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün “Gilan Holdinq” Şirkətlər Qrupunun 
Qəbələ konserv zavodunda olur. 
Zavodun direktoru Rövşən Fərhadov Prezident İlham Əliyevə məlumat verir ki, 2005-
ci ilin avqust ayında dövlət başçısının xeyir-duası ilə  təməli qoyulmuş  və hazırda 
istifadəyə verilən zavod Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 
həyata keçirilməsinin bəhrəsidir. Respublika iqtisadiyyatında  əhəmiyyətli yer tutacaq 
müəssisənin istehsal gücü və texniki avadanlıq cəhətdən Qafqazda analoqu yoxdur. Ən 
müasir dünya standartlarına cavab verən avadanlıq İtaliyanın “Podovan” şirkəti tərəfindən 
quraşdırılaraq istifadəyə verilib. İllik istehsal gücü 70 min ton olan zavodda 150 nəfər 
işləyir, orta aylıq  əməkhaqqı 200 manatdır. Meyvə  tədarükü mövsümündə  işçilərin sayı 
300-350 nəfərə çatır. Məhsul istehsalında istifadə olunan meyvə  və giləmeyvənin 
tədarükü kənd əhalisinin məşğulluğuna kömək edir, pul gəlirlərinin artmasına əhəmiyyətli 
şəkildə təsir göstərir. Gələcəkdə zavodun xammala olan tələbatının ödənilməsi məqsədilə 
100 hektardan artıq sahədə meyvə bağları salınıb. Zavodda müxtəlif növ meyvə püreləri
konsentratlar, şirələr, turşular, mürəbbələr, cemlər istehsal edilir. 
Prezident  İlham  Əliyev müəssisənin istehsal sahələrini gəzir, məhsulun qəbulu, 
təmizlənməsi, emalı  və bankalara doldurulması prosesini izləyir, hazır məhsuldan dadır. 
Dövlətimizin başçısı istehsal olunan məhsulların sərgisinə də baxır. 
Sərgidə 40 çeşiddə  şirə, cem, mürəbbə, turşular nümayiş etdirilirdi və bildirildi ki, 
gələcəkdə yüz adda məhsul buraxılacaqdır. Bu məhsullar yerli və xarici bazarın 
tələblərinə cavab verir, HACCP və  İSO standartlar sertifikatına layiq görülmüşdür. 
İstehsal olunan məhsul nümunələri bir çox xarici ölkə nümayəndələri tərəfindən laborator 
analizindən keçirilərək, yüksək qiymət almış və böyük maraq doğurmuşdur. 
Bu da deməyə  əsas verir ki, müəssisə  məhsullarını bir çox xarici ölkələrdə  də sata 
biləcək, Azərbaycanın yüksək keyfiyyətli məhsullarını dünyaya tanıdacaqdır.  
Prezident İlham Əliyev “Gilan Holdinq” Şirkətlər Qrupuna məxsus “Aqro-Azərinvest” 
Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti barədə lövhə ilə  də tanış olur, Şirkətlər 
Qrupunun fəaliyyətindən bəhs edən filmə baxır. Bildirilir ki, “Aqro-Azərinvest” MMC 
2004-cü ildə yaradılmışdır. Perspektiv plana müvafiq olaraq, yeni üzümlüklər salınır. 
Cəmiyyətin respublikanın müxtəlif rayonlarında 1200 hektardan artıq torpaq sahəsi var. 
Bunun 310 hektarı öz mülkiyyətidir, qalanı isə uzunmüddətli - 99 illiyə icarəyə 
götürülmüşdür. Xanlar, Qəbələ, Yevlax, Samux rayonlarında üzüm bağları salınmışdır.  
2006-cı ildə Qəbələ rayonunda istifadəyə verilmiş və istehsal gücü saatda 1,5 min qab 
olan sexdə müxtəlif ölçülü butulkalarda ağ  və  qırmızı  şərab istehsal olunur. Burada 3 
litrlik plastik qablara doldurulmuş şərablar da buraxılır. 2007-ci ildən isə üzüm şirəsinin 
istehsalı da nəzərdə tutulur. 2008-ci ilin yığım mövsümündə isə eyni vaxtda 1000 ton 
süfrə üzümünün saxlanması üçün soyuducu anbarın və kişmiş istehsal etmək üçün illik 
gücü 1000 ton olan sexin tikintisinə də başlanacaqdır. 
Prezident İlham Əliyev “Gilan Holdinq” şirkətlər qrupunun inşa etdiyi Qəbələ ticarət 
kompleksi ilə tanış olur. Prezidentə  məlumat verilir ki, 4,6 hektar ərazidə yerləşən 


kompleksin tikintisi 2005-ci ilin iyun ayında başlanıb, keçən ilin sonunda tamamlanıb. 
Ümumilikdə, 2 milyon 625 min manat vəsait xərclənib.  Əhaliyə nümunəvi xidmət 
göstərilən kompleksdə  ən müxtəlif mallar, habelə  kənd təsərrüfatı  məhsulları satılır. 
Burada 700 nəfər işlə təmin olunub.  
Prezident  İlham  Əliyev geyim dəstləri, kompleksin süd, meyvə-tərəvəz,  ət və  ət 
məhsulları satılan bölmələrini gəzir, malların çeşidləri, qiyməti, keyfiyyəti ilə maraqlanır.  
Satıcılar, fermerlər onlara yaradılan müasir şəraitə, regionların sosial-iqtisadi 
inkişafına, kəndli fermer təsərrüfatlarına göstərilən diqqət və qayğıya görə prezidentə 
minnətdarlıq edirlər. Əhaliyə satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətindən və bu 
cür müasir ticarət obyektlərinin fəaliyyətindən razılığını deyən dövlət başçısı satış 
mərkəzinin əhəmiyyətindən danışır… 
Martın ikisində  Qəbələ  şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım 
Əliyevanın adını daşıyan parkın açılışında iştirak edən prezident İlham  Əliyev rayon 
ictimaiyyətinin nümayəndələri ilə bir arada olur. 
6,5 hektar ərazini əhatə edən parkda milliliklə müasirlik çox uyarlı şəkildə uzlaşdırılıb. 
Burada kafe, şirniyyat evi, idman kompleksi, ağsaqqallar üçün çay evi, restoran, 
diskoteka, konsert və  əyləncəli proqramlar üçün gözəl səhnə yaradılıb. Göz oxşayan 
parkda 7 süni göl, fəvvarəli hovuzlar, yaraşıqlı bulaqlar vardır. Parkda 10 mindən çox gül 
kolu və  ağac  əkilib. Xüsusilə gecə vaxtları  əsrarəngiz görünən park zəngin təəssürat 
bağışlayır. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılan bu mədəniyyət və istirahət 
obyekti müasir standartlara cavab verir. Gənclərin asudə vaxtının səmərəli keçməsi üçün 
maraqlı proqramlar təşkil olunur, kiçik yaşlı  uşaqlar üçün də karusellər və yelləncəklər 
quraşdırılıb. Kompleksdə futbol, voleybol, basketbol meydançaları, idman salonları var. 
Burada gələcəkdə rayon əhəmiyyətli yarışlar keçiriləcəkdir.  
Prezident  İlham  Əliyev incəsənət ustalarının ifasını dinləyir, idman kompleksində 
balaca karateçilərin nümunəvi çıxışlarına, futbolçuların məşqlərinə tamaşa edir.  
Azərbaycan Prezidenti parkı gəzir, rayonun gənc rəssam-larının işlərinə baxır, parka 
gəzintiyə  çıxmış sakinlərlə görüşür. Prezident İlham  Əliyevə  gənc rəssamların adından 
rəsm əsəri hədiyyə olunur.  
Sakinlər ali qonağı  və xanımını salamlayır, istirahət üçün yaradılan  şəraitə görə 
təşəkkür edirlər, göstərilən diqqət və qayğıdan razılıqlarını bildirirlər.  
Prezident  İlham  Əliyev onlara təşəkkür edərək deyir ki, park çox gözəldir.  İstirahət 
üçün hər bir şərait var, çox gözəl abadlıq işləri görülmüşdür.  İnsanlar buradan səmərəli 
istifadə edəcəklər.  
Sakinlər və balaca uşaqlarla xatirə  şəkli çəkdirən Prezident İlham  Əliyev gənclərin 
asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan diskoteka ilə də tanış olur.  
Sonra Prezident İlham Əliyev parkda istirahət edən ağsaqqallarla söhbət edir, onlarla 
nərd oynayır, çay süfrəsi arxasında  əyləşir. Burada “Zopzopu” özfəaliyyət folklor 
ansamblının nümunəvi çıxışına maraqla tamaşa edir. Ona məlumat verirlər ki, ansamblın 
Fransada, Rusiyada və digər ölkələrdə keçirilən folklor musiqisi festivallarında uğurlu 
çıxışları olub…  


Yenə  həmin gün, martın 2-si Azərbaycan Prezidenti İlham  Əliyev  İlham 
Abdulkərimov adına Nohurqışlaq kənd orta məktəbinə  də baş  çəkir. Direktor Səfər 
Səfərov Prezident İlham Əliyevə məlumat verir ki, məktəbin əvvəlki binası 1936-cı ildə 
inşa olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı  çərçivəsində yeni 
binanın tikintisinə 2004-cü ilin ikinci yarısında başlanıb, 2006-cı il sentyabrın 1-də 
istifadəyə verilib. Üçmərtəbəli, 24 sinif otağından ibarət məktəbdə  tədrisi yüksək 
səviyyədə aparmaq üçün hərtərəfli  şərait yaradılıb. Kompüterlə  təchiz edilən, 
laboratoriyaları olan məktəbdə 500-dən çox şagird təhsil alır, 72 müəllim çalışır.  
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə baxır, ingilis dili 
dərsində iştirak edir. Məktəbin ingilis və fransız dili müəllimi Fazil Atakişiyev Prezident 
İlham  Əliyevə müraciətlə deyir ki, cənab Prezident, şagirdlərimizin belə gözəl, müasir 
məktəbdə  təhsil almasına görə Sizə  və Azərbaycanın birinci xanımına səmimi 
təşəkkürümüzü bildiririk. Sizin gərgin  əməyinizin, apardığınız siyasətin, regionların 
sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin nəticəsini bu məktəbdə hiss edirik. Çox 
sevindiricidir ki, bu işlər ölkəmizin bütün regionlarında görülür. O, bu məktəbdə xarici dil 
fənninin tədrisi sahəsində kifayət qədər uğurlar olduğunu vurğulayır. Bildirir ki, 
məzunların bəziləri Avropanın bir sıra qabaqcıl təhsil ocaqlarında oxuyurlar. 30-dan çox 
fransız dili mütəxəssisi hazırlanmışdır və onlar müxtəlif yerli və xarici təşkilatlarda 
işləyirlər. Ulu öndərimizin maddi köməyi sayəsində  məktəbimizin yetirməsi Ağasəlim 
Rəsulov Fransada təhsilini başa vuraraq, dilçilik üzrə doktorluq dissertasiyası müdafiə 
edib. Keçən il məzunlardan biri yüksək - 659 bal toplayaraq, Dövlət  İdarəçilik 
Akademiyasına qəbul olunub. 
Prezident  İlham  Əliyev uşaqların belə gözəl məktəbdə yaxşı  təhsil almalarını, ingilis 
dilini mükəmməl öyrənmələrini tövsiyə edir, informasiya və kompüter sinfi ilə tanış olur. 
Məktəbin pedaqoji kollektivini təbrik edən Prezident İlham  Əliyev deyir ki, burada 
uşaqların yaxşı təhsil alması üçün bütün şərait var, avadanlıq, ləvazimat və kompüter sinfi 
var.  Əsas odur ki, uşaqlar yaxşı oxusunlar və  dəyərli insanlar olsunlar. Gələcəkdə 
Azərbaycanın inkişafı üçün fəaliyyət göstərsinlər.  
Prezidentlə görüşə gələn Tüntül kənd orta məktəbinin direktoru Telman Abdulxalıqov 
ona müraciətlə deyir: “Möhtərəm Prezident, biz də uzun illər yaxşı  məktəbin arzusunda 
idik. 2006-cı ildə Sizin, çox hörmətli Mehriban xanımın qayğısı nəticəsində gözəl məktəb 
binası tikilib, müəllimlərin,  şagirdlərin istifadəsinə verilibdir. Buna görə camaatımızın 
adından çox-çox minnətdarlıq edirəm. Gözəl  şərait, zəngin kabinetlər, yaraşıqlı sinif 
otaqları yaradılıbdır. Müəllim kimi üzərimizə düşən vəzifəmiz, ulu öndərimizin dediyi 
kimi, azərbaycanlı olmağı ilə  fəxr edən vətəndaşlar yetişdirməkdir. Siz də, Mehriban 
xanım da dağlar qədər əzəmətli, qüdrətlisiniz. O dağlar torpağa söykənib, onlara heç kim 
heç nə edə bilməz. Siz isə xalqa söykənmisiniz. Ona görə Sizə heç kim heç nə edə bilməz. 
Azərbaycan var, Siz varsınız, Siz varsınız, Azərbaycan da var. Bizim düşüncəmiz belədir. 
Biz bu iqtisadi inkişafı İlham Əliyevin iqtisadi möcüzəsi kimi qəbul edirik”.  
Burada da dövlət başçısı  gənclərin ölkənin gələcəyi olduğunu, savadlı, dərrakəli 
yetişmələrindən ötrü dövlət tərəfindən gənclər siyasətinin həyata keçirildiyini, bu 
məqsədlə onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını söyləyir:  “Bu uşaqlar 



Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin