görülüb. Orta məktəbi fəaliyyət göstərir. Son illər fərdi evlərin tikintisi tez-tez müşahidə
olunur.
Məmmədağalı. Rayon mərkəzindən 29 km aralı olan kəndin ərazisində eyni adlı
qədim bir yurd yerinin xarabalıqları var. İndi mühafizə olunan bu tarixi məkanda hətta
keçmişdə yaşayışın olduğunu isbat edən bəzi evlərin izi qalıb. Dövlət tərəfindən qorunan
bu yer alimlərin dediyinə görə IX-XI əsrlərə aiddir. Toponimik bilgilərə görə şəxs adından
götürülüb.
İndiki Məmmədağalı isə köhnə kəndə yaxındır, təxminən 2 km cənub-qərbdə yerləşir.
Əsasən heyvandarlıq inkişaf edib. 32 hektar otlaq sahəsi və ətraf ərazidə olması camaata
imkan verir ki, heyvandarlığı inkişaf etdirsinlər. 455 nəfərin, 107 təsərrüfatın qeydə
alındığı kənddə 300-ə yaxın iri buynuzlu mal-qara və 2000-dən artıq qoyun quzu var.
216 hektar pay torpaqları paylanıb və fərdi evlərinin tikintisi sürətlənib. Meyvəçiliklə
yanaşı son vaxtlar əkin sahələri də genişlənir.
2006-cı ildə orta məktəbi genişlənərək 11 illik ümumtəhsil ocağına çevrilib. Növbəti
illərdə isə təhsilin səviyyəsini daha da yüksəltmək məqsədi ilə əlavə yardımçı binanın
tikilməsi plana salınıb. İcra nümayəndəliyi üçün yeni inzibati binanın inşası ilə bağlı
layihə də təsdiq edilib.
Əhaliyə telefon xidməti göstərilir.
Dostları ilə paylaş: