Microsoft Word Qebele-Son variant


QƏBƏLƏNİN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə59/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   55   56   57   58   59   60   61   62   ...   80
 
QƏBƏLƏNİN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ 
 
Bu torpaq məşhur  şəxsiyyətlərin vətənidir. Buranın ziyalıları Azərbaycan hərb 
sənətinə, ədəbiyyatına, elminə böyük töhfələr verib. Ədəbiyyatımızda Molla Gülü Zəlami-
Qələmi (Vəsfi),  İsmayıl bəy Qutqaşınlı, Abdulla Qutqaşınlı,  İbrahim bəy Musabəyov  
imzaları var. Görkəmli yazıçı  və maarifçi İbrahim bəy Musabəyovun eyni adlı ssenarisi 
əsasında Azərbaycanın ilk bədii filmi “Neft və milyonlar səltənətində” 1916-cı ildə lentə 
alınıb. 
20 nəfərdən çox elmlər doktoru, professor, 100 nəfərdən artıq elmlər namizədi dünya 
elm aləminə bu məkandan üz tutub. 
Umnisə Musabəyova (1902-1974) Azərbaycan EA-nın ilk qadın müxbir üzvlərindən 
biri, tibb elmləri doktoru, professor, dünya şöhrətli oftalmoloq olub. Yusif Musabəyov 
(1910-1970) kimya elmləri doktoru, professor, 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-
Tarixi və  Fəlsəfə Akademiyasının müxbir üzvü, Məcid Mərdanov (1913-1982) texnika 
elmləri doktoru, professor, Azərbaycan EA-nın müxbir üzvü seçilib. Xəlil  Əlimirzəyev 
(1918-1976) tarix elmləri doktoru, professor, BDU-nin 50 illik tarixini yazıb. Vahid 
Qəhrəmanov (1900-1978) hüquq elmləri doktoru, professor, əməkdar hüquqşünas, 
əməkdar elm xadimi olub. Cahangir Qəhrəmanov (1927-1995) filologiya elmləri doktoru, 
professor,  əməkdar elm xadimi, Respublika Əlyazmalar  İnstitutunun direktoru olub. 


Dursun Hüseynov (1915-2009) tibb elmləri doktoru, professor, əməkdar elm xadimidir. 
Firudin Haşımzadə (1935) fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA-
nın həqiqi üzvüdür. Qara Əhmədov (1928-2003) tarix elmləri doktoru, professor, 
respublikada arxeologiya sahəsində ilk elmlər doktoru, Azərbaycan MEA-nın müxbir 
üzvü seçilib. 
Dünya şöhrətli alimlərdən biri də  professor Minirə Qarayevadır. Dünyanın 60-dan çox 
universitetlərində mühazirələri səslənib, elmi konfrans və simpoziumlarda çıxış edib. 
Xarici dövlətlərin bir sıra diplom və  fəxri mükafatlarına layiq görülüb. 10 il Türkiyə 
Cümhuriyyəti Universitetinin tələbələrinə ingilis dilini tədris edib. Həmin universitetdə 
ikinci dəfə dosent, professor elmi dərəcələrinə layiq görülüb... 
Qəbələ rayonunda 13 nəfər Sosialist Əməyi Qəhrəmanı adını alıb.  
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin