Yemişanlı. Ərazidə yemişan kolları bitdiyindən güman olunur ki, adı buradan
götürülüb. Burada 240 təsərrüfatda 1500 nəfər yaşayır. Əhalinin həyat səviyyəsində də
dəyişiklik açıq-aşkar hiss olunur. Meyvə bağları, əkin sahələri, tərəvəz məhsulları
camaatın gəlir götürdüyü sahələrdir. Eyni zamanda hər bir ailənin qapısında mal, qoyun
olduğundan, ət, süd və yağ tədarükü ilə ehtiyacını ödəyirlər. Məhz bu kənddə də son illər
heyvandarlığın inkişafı nəzərə çarpır...
Əhalinin tələbatına uyğun görülən işlər də sakinlərin rahatlığına səbəb olub. Kənddə
440 şagirdlik yeni ümumtəhsil məktəbi də 2008-ci ilin sonunda istifadəyə verilib.
Sayğaclaşma prosesindən sonra sakinlərin işıq problemi həll edilərək kəndə fasiləsiz
enerji verilir. Ərazidə içməli suyu bir artezian quyusu təmin etsə də, ikincisinin qazılması
da planlaşdırılır. Həmçinin kəndə 100 nömrəlik telefon xətti çəkilir və gələcəkdə nömrə
tutumlarının sayı da çoxalacaq...