Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə58/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   54   55   56   57   58   59   60   61   ...   80
Zərgərli. Rayon mərkəzi ilə arası 17 kilometr olan bu kənd Bumdan son illər ayrılan 
yeni ərazi vahididir. Deyilənə görə burada yaşayan əhali arasında varlı insanlar, xüsusən 
qır-qızıllı camaat çox imiş, elə ta əvvəldən zərgərlərin, əli dürrlə oynayan sənətkarların adı 
ilə    kənd belə adlanıb. Bu varidat, miras əhaliyə heç də xoşbəxtlik gətirməyib. Sovet 
hakimiyyəti qurulandan sonra camaatın nəyi varsa əlindən alınıb və  kəndin yarısı 
repressiyanın qurbanı olub.  
Hazırda  əhalinin sayı 450 nəfərdir.  İndinin özündə  də  əhalinin yaşayış  səviyyəsi 
yüksəkdir və əsasən qoyunçuluğun inkişaf etdiyi yerdir. Bu köçəri camaatın ət, süd, yun 
istehsalında birincilər sırasında adı  çəkilir. Qəbələ-Oğuz yolu ilə arası 1 km olan 
zərgərlilər Nic bazarından alış-veriş edir, tədarük etdiyi məhsullarını da burada satırlar. 
Kəndin  əhalisi artezian suyu ilə  təmin edilib. Kənddə ibtidai təhsili bitirənlər Nic 
qəsəbəsinin orta məktəblərində  təhsilini davam etdirirlər. Zərgərlidə 11 illik məktəbin 


tikintisi planlaşdırılır. Belə ki, 2009-2013-cü illərdə bu ərazidə  də  təhsil ocağının inşası 
nəzərdə tutulub... 
 Ziring.  Bir vaxtlar bu adda kənd mövcud olub və indi həmin  ərazinin xarabalıqları 
qalır. Tarixi Qədim Alban dövlətinə aid olduğu ona görə güman edilir ki, bu sözün mənası 
udi dilində “toyuqlu” deməkdir.  İndiki Ziring isə Kov Murad dağının  ətəyində salınan 
kənddir. 1925-ci ildə yaradılıb və ona qədim yurd yerinin adını veriblər. Əhalisi İraqdan, 
Kərkükdən gələn türkmənlərdir.  Əvvəlcə onlar Palantökən deyilən  ərazini özlərinə binə 
seçiblər və sonra bu ərazidə, Kov Murad dağının ətəyində məskunlaşıblar...  
 
Hazırda kənddə 1210 nəfər  əhali və 204 təsərrüfat var. Əhalinin maddi imkanları 
günün tələbləri səviyyəsindədir. Əkin-biçinə meyllidirlər. Bağçılıq da inkişaf edib, tərəvəz 
sahələri, meyvəçiliyə xüsusi qulluq edilir. Ərazidən iki su xətti keçir. Mənbəyi Mirzəbəyli 
kəndinin aşağısından başlanan və yeraltı qaynaqlardan ibarət olan kanal Quşlara qədər 
çəkilib və yol üstü bir neçə  kəndin torpaqlarının suvarılmasında istifadə edilir. Hər il 
yatağı  təmizlənir. Ziringin yaxınlığında, “Tosik” deyilən  ərazidə insanlar pay 
torpaqlarında məhsul yetişdirirlər və  həmin kanal vasitəsilə sahələri suvarırlar. Kəndin 
içməli suyu isə artezian quyularından götürülür. 
9 illik məktəb binası var və növbəti illərdə müasir səviyyədə məktəbin tikintisi plana 
salınıb. 2009-2013-cü illəri əhatə edən dövlət sənədinə əsasən onun inşası da reallaşacaq. 
Bir vaxtlar kəndə gələn qaz xəttinin də bərpasına söz verilib... 
 
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin