Microsoft Word Qebele-Son variant


GƏLİN, GÖRÜN NƏ CƏNNƏTDİR QƏBƏLƏ



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə61/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   57   58   59   60   61   62   63   64   ...   80
 
GƏLİN, GÖRÜN NƏ CƏNNƏTDİR QƏBƏLƏ 
 
İqtisadiyyatı güclü olan dövlətlər turizmdən də gəlir götürürlər. Dünya təcrübəsində bu 
sahədən gələn gəlirin həddindən çox səmərəli olduğu isbat olunub. Xarici vətəndaşlar 
dincəlmək üçün üz tutduğu məkanın bütün sirlərini öyrənir, təbiətin gözəlliyini seyr edir 
və nəhayət qədim tarixə malik olan mədəniyyət abidələri ilə tanış olur, sonda isə özləriylə 
bol təəssüratlar aparırlar. Turistlərin bəyəndiyi yerlər dillərə düşür, onu görmək həvəsində 
olanların sayı ilbəil artır.  


Ölkəmizdə kifayət qədər görməli, gəzməli yerlər var ki, xaricilərlə yanaşı yerli 
əhalinin də marağına səbəb olub. Adını, səfalı  təbiətini eşidənlər Qəbələni də  gəzmək 
sevdasına düşürlər. Yurdumuzun hər parçası tarixi insan məskəni olduğu üçün hamımıza 
əzizdir və maraq dünyasının min bir sual doğuracaq məqamları sirli aləmin açılmasında 
bugünün sakininə özü şahidlik edirsə niyə  vətən torpağını qarış-qarış  gəzməyəsən.? 
Qəbələ də tarixin canlı şahidi, təbiətin nadir incisi, dağların əhatəsində öz gözəl görünüşü 
ilə diqqəti çəkən rayonlardan biridir. İstər təbii  şəraitinə, coğrafi vəziyyətinə, istərsə  də 
mövcud tarixinə görə dünyanın sayılıb-seçilən turizm bölgəsinə çevrilmək imkanı artıq 
bəhrəsini verməkdədir. 
Yay aylarında bura insan axını başlayır. Bu məqsədlə yaradılan turizm-istirahət 
məkanları müştərilərinə özünəməxsus xidmətləriylə seçilirlər. Hər birinin özəl 
üstünlükləri turistlərin diqqətini çəkir.  

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin