hotelinin də açılışından məmnun olan prezidentimiz buradakı xidmətlərdən razılığını bu
sözlərlə ifadə edib ki, insanların rahatlığı əsas şərtdir. Qonaq evi müasir tələblərə cavab
verən, insanların tələbatını tam ödəyə biləcək halda yenidən əsaslı tikilərək istifadəyə
verilib. Modern üslubda inşa olunan, Avropa və Türkiyə təcrübəsindən istifadə edilən bu
qonaq evində restoran, konfrans zalı, avtomobil parkı, video kitabxana, bar, sauna
fəaliyyət göstərir. Milli və Avropa yeməkləri, iki cür açıq bufet (Amerika və İngilissayağı)
turistlərin tələbatına uyğun təşkil olunub...
Həmçinin “Gilan” hotel də beynəlxalq əhəmiyyətli tədbirlər üçün nəzərdə tutulan,
dünya standartlarına uyğun tikilmiş mehmanxanalardan biridir. Burada xidmət haqları
müxtəlifdir. Müştərinin arzusu nəzərə alınır, yəni xidmətin növləri də qiymətə görə
tənzimlənir. Bir və iki, lüks və yarılüks, həmçinin ailəvi otaqlardan ibarət olan hoteldə bar
və saunadan tutmuş, dünya təcrübəsinin bütün nailiyyətləri öz əksini tapıb.