Məhəmməd kişi 1937-ci ilin qurbanı olub. Qəfil evindən aparılıb, sonrakı taleyindən
xəbər ala bilməyiblər. Ailəni sarsıtmaq istəsələr də, ürəklərindəki allah sevgisini heç bir
qanlı-qadalı hadisə qorxutmur. Uca dağların döşündə, Pəhləvan
yurdunda dəfn olunan
babaları İbrahim kişinin künbəzi də köhnə kişilərin tanrı sevgisindən soraq verir.
Nəvə Əhməd isə gözəl avazı, xeyirxah fəaliyyəti olan dindar kimi 1996-ci ildə Həccə
getmək səadətinə də yiyələnib. Hacı Əhməd Əfəndi Türkiyəyə səfəri zamanı qardaş
ölkənin ilahiyyatçı alimləri onu Qurani-Kərimi mükəmməl bilən və elmi əsaslarla izah
edən alim adlandırmışlar.
Uzun müddət Göyçay məscidində, sonralar isə Ağdaş
rayonunda imam işləyib, yaşadığı Dızaxlı kəndi ilə yanaşı bu
rayonlarda və Qəbələnin hər
yerində nüfuz sahibi olan hörmətli şəxs kimi ad qazanıb. Bu sevginin nəticəsi idi ki,
Əhməd baba dünyadan köçəndə yas mərasiminə yığışan minlərlə insan yaxşılardan birini
də ehtiramla yola salırdı...
Qəbələnin özündə
Şıx Tacı, Hacı Hüseyn baba xatırlanır..
Kötüklü
kəndində ziyil övliyası dəri xəstəliklərinə şəfa sayılır.
Topbağda
Yel, Dalaq və Yara piri adında bir neçə ziyarət isə qədim zamanlardan
soraq verən daş abidələr hesab edilir. Məzar daşlarının üstündə kitabələr indi də qalır.
Dostları ilə paylaş: