üzərində şamaxılı memarın adı qalmışdır. Sənduqələrin üslubi, kitabələrin mətni və s.
Şamaxı abidələrini, ələlxüsus Kalaxana kəndində vaxtilə mövcud olmuş abidələri
xatırladır. Hələlik bir neçə abidədə “bəy” titulu, ad və tarix qalmışdır. Həzrə abidələri
zahiri bəzək cəhətdən çox nəfis nəzərə çarpdığı kimi mətn cəhətdən də zəngindir.
Bütün sənduqələrin üzərində Qurandan götürülmüş 2-ci surənin 256-cı ayəsi yazılıb.
Yan tərəflərdəki düzbucaqlarda isə fars dilində mənzum parçalar və hədislər həkk olunub.
Mənzum parçalar sənduqələrin aşağı haşiyələrində də yazılıb. Azərbaycan bədii daşyonma
sənəti ustaları tərəfindən yazılmış rübai-beytlərdən, növhə mərsiyələrdən ibarət şer
parçaları feodal təbəqəsinə məxsusu dünyagörüşünü əks etdirir.
Həzrə kəndində belə zəngin abidələrə məxsus böyük qəbiristanlığın olması XIV-XVI
əsrlərdə buranın mühüm, iqtisadi-siyasi və ictimai əhəmiyyətə malik yaşayış məntəqəsi,
yaxud şəhər olduğunu sübut edir.
Bir qrup alimin uzun müddət Həzrədə yaşayıb, fəaliyyət göstərmələri, özlərindən sonra
onların abidələrinin ziyarətgah olaraq xalqın xatirəsində yaşaması da qeyd olunan
mərkəzin mühüm sosial-mədəni əhəmiyyətindən danışmağa imkan verir...
Qəmərvan kəndindəki
İstisu isə həm müalicəvi əhəmiyyətilə bərabər, həm də səcdə
edilən ziyarət kimi tək rayonda deyil digər ətraf ərazilərdə də tanınır. Şəfalı mineral
komplekslərdən ibarət təbii su insanlara elə bil can gətirir. Buraya gələnlər vanna
qəbulundan sonra özlərində gümrahlıq duyur, sanki bütün ağrı-acılardan oradaca
qurtulurlar.
Bu kənd əsrarəngiz gözəlliyi olan məkanlardan biridir. Yay aylarında istirahətə
gələnlərin əksəriyyəti məhz buranı seçir. İstisuya salınan yolun da keyfiyyətli olması ona
olan marağı gücləndirir. İlahinin qələm qüdrəti , rənglərin min bir çaları təbiətin üzərinə
elə həkk olunub ki, buradakı mənzərənin təsirindən ovsunlanıb, möcüzəli aləmə düşürsən.
Yaradanın nələrə qadir olmasından bir daha əmin olan insan övladı elə bu yüksəklikdə də
əllərini göylərə açıb, “ilahi özün yaratdığını özün də qoru, onu insan əlinin ixtiyarına
buraxma”-deyib, ulu tanrıya yalvarır. Elə bu yalvarışın özündə özünü dərkin, həyatı
qavrayışın ən incə mətləbləri belə açılmağa başlayır, nə qədər kamil insan olsa belə yenə
öz acizliyini etiraf edərək, müəmmalı dünyanın tilsimindən xəbərsiz olduğunu gizlədə
bilmir. Bu gözəl məkan ölkəmizin başçısı İlham Əliyevin də çox sevdiyi guşələrdən
biridir. Yurdunun əsrarəngiz möcüzəsinə heyran olan gənc dövlət xadimi vaxt tapanda
buralara gəlməyi, bu yüksəklikdən vətənin buludlu mavi göyünə tamaşa etməyi, qeyri-
adi təbiət lövhələrini seyr etməyi xoşlayır,...
Qəmərvanda bu müalicəvi suyun təbabətdə istifadəsi məqsədilə yeni müasir
standartlara cavab verən mərkəzin açılış xəbəri isə zənnimcə hər kəsin ürəyincə olacaq.
Qəbələlilərin yaxşı tanıdığı bu möcüzəli suyun şəfası dillərə düşəcək. Azərbaycanın
qüdrətli təbiətinin ecazkar nümunəsi olan bu nadir inci də insanların ixtiyarına veriləcək...
İslam dünyasının tanınmış şəxslərindən biri olan ilahiyyatçı alim, akademik Vasim
Məmmədəliyevin bu sözlərini xatırlatmaq istəyirəm. “Pirlər, övliyalar allahla insanlar
arasında vasitəçidir. Sanki onların timsalında tanrı istəkləri reallaşdırır.”...
Dostları ilə paylaş: